Ana səhifə / İqtisadiyyat / İran ikili valyuta kursuna keçir

İran ikili valyuta kursuna keçir

İran Mərkəzi Bankı ikili valyuta kursunu dəyişmək niyyətindədir.

Bloomberg-in verdiyi məlumata görə, İran Mərkəzi Bankının fəaliyyəti göstərir ki, İran mili valyutası olan rialın kursu üzərində nəzarəti zəiflətmək və son nəticədə ikili valyuta kursuna son qoymaq niyyətindədir.

Bu halda sərmayəçilər xarici valyutanı İran Mərkəzi Bankının müəyyənləşdirdiyi kurs ilə deyil, bazar kursuna uyğun alacaqlar. İran Mərkəzi Bankının sabiq sədr müavini Kamal Seydəli deyib ki, hökumət bununla valyutadəyişmə məntəqələrində dövr edən kapitalı bank sisteminə daxil etmək istəyir. İkili valyuta kursu ölkə iqtisadiyyatına xarici kapital qoyuluşu yolunda maneə sayılır.(oxu.az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın