Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Klinton və Şvartsenegger Məhəmməd Əlinin dəfnində gülərək selfi çəkdirdilər

Klinton və Şvartsenegger Məhəmməd Əlinin dəfnində gülərək selfi çəkdirdilər

Sosial şəbəkə istifadəçiləri Məşhur aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneggerin və ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Məhəmməd Əlinin dəfnində gülərək şelfi çəkdirmələrini birmənalı qarşılamayıblar.

Virtualaz.org xəbər verir ki, Şvartsenegger özünün Twitter mikrobloqunda şəkli paylaşaraq yazıb: “Məhəməd Əlinin şərəfinə fantastik nitq söyləmiş dostum prezident Bill Klintonla görüşmək əla idi”.

Lakin tvitin altında Arnold Şvartseneggerin izləyiciləri hiddətli şərhlər yazıblar. “Deyəsən. Dəfn sizin üçün nəsə şən tədbirdir”, “Necə də xoşbəxt simalardır. Ümid edirəm ki, heç olmasa rəqs etməmisiniz”, “Uşaqlar, sonra şənliyinizi necə davam etdirdiniz?” – bunlar qəzəbli şərhlərdən bir neçəsidir.

 

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın