Azinforum.az-ın əldə etdiyi məlumata görə, Bakı Slavyan Üniversitetində çalışan müəllimlərin aylıq vəvacibləri hələ də verilməyib. Belə ki, müəllimlər may ayının əmək haqlarını ala bilməyiblər. Bundan fərqli olaraq üniversitetdə işləyən laborant və digər texniki işçilərin məvacibləri verilib. Bu da müəllimlərin narazılığına səbəb olub. Bununla bağlı saytımıza açıqlama verən mənbənin sözlərinə görə, birinci dəfə deyil belə hal baş verir: “Bundan əvvəl də dəfələrlə belə yubanmalar olub. Deyirdilər cümə günü veriləcək, amma olmadı. Halbuki, ödənişli fakültədə oxuyan tələbələr təhsil haqqını köçürüb”.
Bununla bağlı BSU-nun münasibətini öyrənmək istəsək də, bu mümkün olmadı. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
VİDADİ