Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Jirinovskiyə qoyulan heykəl söküləcək -Foto

Jirinovskiyə qoyulan heykəl söküləcək -Foto

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski üçün ucaldılan 3 metrlik bürünc heykəl söküləcək.
Rusiya KİV-i xəbər verir ki, Dünya Sivilizasiyaları İnstitutunun həyətində ucaldılan abidə Rusiyanın “Təhsil haqqında” federal qanunu pozduğu üçün onun ərazidə qalmasına icazə verilməyib.
“Monument tələbələrdə yanlış ideoloji dəyərlər və yalançı siyasi görüşlər aşılanmasında rol oynaya bilər”- deyə qərarda deyilir.
Bundan başqa, abidəni ərazisində ucaltmağa icazə verən İnstitut 100 min rubl cərimələnə bilər.
2 tona yaxın bürüncün sərf edildiyi heykəl məşhur heykəltaraş Zurab Çereteli tərəfindən hazırlanıb.
Vladimir Jirinovski isə aprelin 25-də 70 illik yubileyini qeyd etmək üçün onun şərəfinə ucaldılan heykəli ziyarət edəcəyini deyib. (Modern.az)

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın