Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Tofiq Yaqublu Baş Prokurorluğa çağırıldı

Tofiq Yaqublu Baş Prokurorluğa çağırıldı

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə ans press-ə Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, bu gün səhər saatlarında müstəntiq Nadir Mirzəyev Tofiq Yaqubluya zəng edib və Baş Prokurorun müavini Rüstəm Usubovun onunla görüşmək istədiyini deyib:

“Tofiq müəllim təkliflə razılaşıb. Görüş bu gün saat 17:00-da Baş Prokurorluqda baş tutacaq. Ancaq onun hansı məqsədlə çağırıldığı barədə hələlik heç bir məlumat yoxdur”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov T. Yaqublunun prokurorluğa çağırılmasını təsdiq etsə də əlavə məlumat verməyib.

Qeyd edək ki, Tofiq Yaqublu bu il martın 17-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən azadlığa buraxılıb.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş verən aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirli bilinib və ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 2014-cü ildə 5 il müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın