Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / İsveçin türk naziri vəzifədən azad edildi

İsveçin türk naziri vəzifədən azad edildi

İsveçin koalisiya hökumətində Yaşıllar Partiyasını təmsil edən Mehmet Kaplan mənzil-kommunal məsələləri üzrə nazir vəzifəsindən azad edilib.
Musavat.com “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə İsveçin baş naziri Stefan Löfven aprelin 18-də keçirdiyi mətbuat konfransında bildirib.
Məlumata görə, o, türk “bozqurd”çular və islamçı dairələrlə görüşdüyü, habelə israili faşistlərə bənzətdiyi üçün tutduğu vəzifədən azad edilib. Keçmiş nazir yerli KİV-ə müsahibəsində bildirib ki, İsrail fələstinlilərlə 1930-cu illərdə faşistlər yəhudilərlə davrandığı kimi davranır.
Qeyd edək ki, Mehmet Kaplan Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olması, bir milyon insanın öz ev-eşiyindən qaçqın düşməsi məsələsini İsveç parlamenti və ictimaiyyətinin diqqətinə çatdırıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın