Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Gürcüstanda 3 erməni və 3 gürcü uran satarkən yaxalandı

Gürcüstanda 3 erməni və 3 gürcü uran satarkən yaxalandı

Gürcüstanın dövlət təhlükəsizliyi xidməti Ermənistanın üç vətəndaşını və üç gürcünü nüvə materialını qanunsuz yolla satmaq cəhdinə görə saxlayıb. 
Gürcüstan mediasının xəbərinə görə, bu barədə GDTX-nin xüsusi işlər üzrə müstəntiqi Savle Motiaşvili bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Təhlükəsizlik xidmətindən verilən məlumata görə, satılması nəzərdə tutulan uran (U-238) maddəsi 200 milyon ABŞ dollarına təklif edilirmiş.
“Onlar cinayətkarlıq faktı əsasında saxlanılıblar. Tutulanlardan birinin evində uran daşınması üçün nəzərəd tutulmuş zavod konteyneri aşkarlanaraq götürülüb. Bu maddənin şüalanma dozası insan orqanizmi üçün olduqca təhlükəlidir”.
Matiaşvili deyib ki, istintaq radiaktiv maddəylə səhlənkar davranış və nüvə materialının alveri faktı üsrə aparılır.
Gürcüstanın cinayət qanunvericiliyinə görə, saxlanılanları 5-10 il həbs cəzası gözləyir.
Aprelin 16-da Tbilisi şəhər mərkəzi saxlanılan 6 nəfər haqqında həbs qətimkan tədbiri seçib.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın