Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / İstanbulda 30 min polis hərəkətə keçdi – 70-dən çox saxlanılan var

İstanbulda 30 min polis hərəkətə keçdi – 70-dən çox saxlanılan var

1 May – Beynəlxalq Əmək Günü ilə əlaqədar İstanbulun Taksim meydanı və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri artırılıb.

İstanbulda 30 min polis təhlükəsizliyi təmin edir. Həmçinin metro stansiyaları, bəzi avtomobil yolları və Taksim meydanına gedən bütün yollar müvəqqətli olaraq bağlanılıb. Amma buna baxmayaraq bir çox vətəndaşlar etiraz etmək üçün Taksim meydanına gəliblər. Polis həmin şəxslərdən iki qadını tutub.

Eyni zamanda Beşiktaş meydanında toplaşmaqistəyən etirazçılarla polis arasında qarşıdurma olub. Polis etirazçılara müxtəlif vasitələrlə müdaxilə edib. Qarşıdurma zamanı 70 nəfər saxlanılıb.

Bakı Post

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın