Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Şagirdini döyən müəllimə işdən qovuldu – FOTOLAR

Şagirdini döyən müəllimə işdən qovuldu – FOTOLAR

Moderator.az 25.04.2017-ci il tarixində “Bakıda bağça müəlliməsi 4 yaşlı uşağı bu hala saldı” başlıqlı xəbər yayımlamışdı. Xəbərdə bildirmişdik ki, 288 saylı uşaq bağçasının müəlliməsi Sevin Əsgərova 4 yaşlı şagirdi Davud Bağırovu döyərək, azyaşlının boyun nahiyyəsinə xəsarətlər yetirib. Yazını ətraflı şəkildə bu linkdən oxuya bilərsiniz: moderator.az/news/176329.html .
Bu gün Moderator.az-a açıqlama verən azyaşlı uşağın atası Xəyal Bağırov məsələnin saytımızda ictimailəşməsindən sonra Bakı şəhər icra hakimiyyəti tərəfindən adıçəkilən uşaq bağçasında araşdırma apardığını və dörd yaşlı oğluna xəsarətlər yetirən Sevinc Əsgərovanın işdən uzaqlaşdırıldığını bildirib.
Məsələylə bağlı Moderator.az-ın əməkdaşı 288 saylı uşaq bağçasının direktoru Ulduz Ələsgərova ilə telefon əlaqəsi saxlayıb.  Direktor da Sevinc müəllimənin baş vermiş hadisəyə görə işdən uzaqlaşdırıldığını təsdiqləyib.
Azyaşlı uşağın valideyni Xəyal Bağırov problemi işıqlandırdığına görə Moderator.az-saytının kollektivinə öz minnətdarlığını bildirib.
 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın