Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Gürcü baş nazir prezidentin çıxışını bəyənmədi – “Şəxsi fikirləriydi…”

Gürcü baş nazir prezidentin çıxışını bəyənmədi – “Şəxsi fikirləriydi…”

Gürcüstanın baş naziri prezidentin parlamentdəki illik çıxışını bəyənməyib.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, baş nazir Georqi Kvirikaşvili bildirib ki, prezident Marqvelaşvilinin çıxışı kifayət qədər dərin və obyektiv olmayıb: “Bu, prezidentin cari məsələlərlə bağlı öz fikirlərini təqdim etdiyi ənənəvi çıxışı idi”

Qeyd edək ki, prezident illik çıxışına ölkənin hakim partiyasını tənqid edərək başlayıb. Əsas narazılığı isə birbaşa prezident seçkilərinin ləğvi təşəbbüsləri ilə bağlı olub

Onu da əlavə edək ki, prezidentlə Gürcüstanın hakim partiyası arasında əlaqələr artıq uzun müddətdir ki, gərgindir və vaxtaşırı gərginləşməyə davam edir.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın