Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Milyardları götürüb getdilər” – Siyavuş Novruzov

“Milyardları götürüb getdilər” – Siyavuş Novruzov

YAP-çı millət vəkili Siyavuş Novruzov bankların hazırkı duruma düşməsinin iqtisadi vəziyyətlə əlaqələndirilməsinə etiraz edib. 

“Qafqazinfo” xəbər verir ki, o, çıxışında qeyd edib ki, bankların bu duruma düşməsində iqtisadiyyatın rolu olmayıb: “Səbəb odur ki, bank rəhbərləri maliyyə oğurluğu ilə məşğul olub. Bunu keçirilən məhkəmələrdən də görmək mümkündür. Banklar kökündən sağlamlaşmalıdır. Amma sağlamlaşdıranda yaxşı sağlamlaşdırmaq lazımdır. Yoxsa “körpü bank” yaradılır, nə bilim nə olur, əgər şəffaflıq olmayacaqsa, bunun faydası olmayacaq. Milyardları götürüb getdilər”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, elə məqsəd də bankları kökündən sağlamlaşdırmaqdır: “Artıq bu körpü ilə olacaq, ya körpüsüz olacaq, bunu deyə bilmərik”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın