Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Dövlət Xidməti çay bazarında inhisarçılıqdan şübhələnir

Dövlət Xidməti çay bazarında inhisarçılıqdan şübhələnir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qida sektorunda fəaliyyət göstərən aparıcı şirkətlər barəsində araşdırmalar aparır.
Dövlət Xidməti “Sun Tea Çay Fabriki” MMC, “Sun Food” MMC, “Best-Tarım” QSC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC  tərəfindən çay bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması vəziyyəti üzrə araşdırma aparır.
Hazırda Dövlət Xidmətinin apardığı araşdırma “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü, 6- cı və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrədir.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …