Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Bu evlərin qiymətində dəyişiklik yoxdur” – Ramil Osmanlı

“Bu evlərin qiymətində dəyişiklik yoxdur” – Ramil Osmanlı

“Bakının kəndlərinə – Ramana, Qala, Nardaran, Mərdəkana insanların köçməsi ilə bağlı hazırkı mövsümdə ciddi bir dəyişiklik yoxdur”.

Bu fikirləri Kommersant.az-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspert qeyd edib ki, bu ərazilər daha çox bağ sahələri hesab olunur. İnsanlar ora daha çox yay mövsümündə axın edir: “Hazırda mövsüm olmadığı üçün bu ərazilərə axın yoxdur. O ərazilərə əhalinin köçməsi yayın əvvəllərində başlayır”.

Türkiyədə baş verən zəlzələdən sonra ölkəmizdə həyət evlərinin cüzi qiymət artımına da toxunan Ramil Osmanlı qeyd edib ki, bu, qısamüddətli bir tendesiyadır:

“Elə fantastik artımlar yoxdur. Nəzərə almaq lazımdır ki, həyət evlərinin saxlanma xərcləri mənzillərlə müqayisədə daha yüksəkdir. Bu mənada psixoloji faktorla əlaqəli olaraq meyillər müşahidə olunacaq”.

Ekspert qeyd edib ki, nisbi qiymət artımları var, amma bu, fantastik deyil: “Bu artımın heç bir iqtisadi əsası yoxdur. Kütləvi axın var, hamı mənzilini satıb həyət evləri alır və s. kimi yanaşmalar mövcud deyil”.

Ramil Osmanlı bildirib ki, daha çox ucuz evlər və şəhərə nisbətən yaxın olan ərazilərdə qiymət artımı müşahidə olunur:

“Məsələn, Sulutəpə, Masazır, Xırdalan, Ramana, Hövsan kimi istiqamətlərdə nisbi dəyişmələr müşahidə olunur. Lakin yaxın bir-iki ay ərzində bu tendensiya aradan qalxacaq”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …