Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Davudoğlu: “Tək ehtimal növbəti seçkilərin keçirilməsidir”

Davudoğlu: “Tək ehtimal növbəti seçkilərin keçirilməsidir”

Türkiyədə bu gün (14 avqust 2015-ci il) nəşr edilən qəzetlərin bir çoxu baş tutmayan koalisiya görüşmələri ilə bağlı yekun xəbərləri və şərh başlıqlarını manşetə çıxarıb.

Bu gün yayımlanan Sabah qəzeti “Türkiyə növbəti seçkilərə gedir” başlıqlı yazını manşetə çıxarıb. Manşetdə Baş Nazir Davudoğlu ilə, CHP sədri Kılıcdaroğlunun fikirlərinin xülasəsi yer alıb.

“CHP ilə ortaq məxrəcə gələ bilmədik. Növbəti seçim güclü və tək ehtimal halına gəldi”. Bunu koalisiya görüşmələrindən sonra Türkiyənin Baş Naziri Əhməd Davudoğlu söyləyib.

Kılıcdaroğlu isə “siyasət, tarixi fürsəti qaçırdı”- deyib. Daha sonra Kılıcdaroğlu bunları söyləyib:

“Biz bir koalisiya müzakirəsi nəticəsində yaxşı bir koalisiya hökumətinin qurullmasının tərəfdarı idik. Amma bu, gerçəkləşmədi. AKP ilə CHP arasında aparılan bu müzakirələr mənə görə çox önəmlidir. Heç kəs ümidsizliyə qapılmasın. Türkiyə problemlərini aşa biləcək bir ölkədir”

Strateq.az

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın