Ana səhifə / Sosial / Seçkilər ərəfəsində radikal müxalifətin “rəngdən-rəngə” keçid taktikası…

Seçkilər ərəfəsində radikal müxalifətin “rəngdən-rəngə” keçid taktikası…

Ramiz Tağıyev: “Rənglər bu məsələdə simvolik məna daşıyır və daha çox…”
“Bunları nəzərə alıb bildirirəm ki, hansı divara fırça ilə rəng yaxsan, mahiyyəti eynilə qalacaq”

Parlament seçkilərinin keçirilməsinə az bir müddət qalır. Adətən belə ərəfələrdə seçki aktivliyi yüksəlir. Ancaq müxalifət cameəsində, hələ ki, passivlik yaşanır. Ötən seçkilərə müqayisədə bloklaşma meylləri də zəifdir.
Belə bir vaxtda bir neçə gündür müxalifətin daxilində rəng müzakirəsinin getməsi bir qədər maraqlı görünür. Bir növ belə təəssürat yaranır ki, radikal müxalifət rəngini dəyişməyə hazırlaşır. Biz belə rənglənmə meyllərini keçmiş seçkilər ərəfəsində də müşahidə etmişik. 2005-ci ildə həmin dairələr narıncı rəngə boyanmışdı. Heç bir faydası olmadı. Sonra yaşıl rəngə meyl artdı. Bununla islamçı elektoratı proseslərə cəlb etmək niyyəti güdülürdü. Bu plan da fiaskoya uğrayandan sonra radikal müxalifət bir qədər rəngsiz qaldı. İndi isə xaricdən müxalifətə yeni rəng təklif olunur.
Arif Məmmədov adlı vətəndaş avqustun 10-da Azərbaycan xalqına müraciət edib. O, cəmiyyəti avqustun 15-də saat 12:00-da Şəhidlər Xiyabanından Park Bulvara “Ağ Marş” adı altında demokratiya yürüşü etməyə çağırıb.
Müraciətin də o, aksiyaya gələnlərin ağ köynək geyinməyini, əllərində ağ qərənfillər tutmalarını təklif edib. Bununla yanaşı, müxalifətin bir qismi noyabr ayında keçiriləcək seçkilərlə bağlı yaradılmış “Ağ Blok” adlı təsisatda bir araya gəlmək niyyətindədir.
Radikal kəsimin rəng dəyişmə meyli nədən və hansı zərurətdən qaynaqlanır?
Milli Azadlıq Hərəkatının tanınmış üzvlərindən olan Ramiz Tağıyev  açıqlamasında bildirdi ki, belə təzahürləri o da müşahidə edir: “Ancaq bir qədər gülməli görünür. Siyasətdə nəticəni rənglər yox, liderlər, onların arxasında duran elektorat həll edir. Hazırda Azərbaycan müxalifəti bu sarıdan əziyyət çəkir. Buna görə də, boyanmanın əhəmiyyəti yoxdu. Lap tutaq ki, onlar bloklarının və ya marşlarının adını ağ deyil, qızılı qoysunlar. Nəticə dəyişməyəcək. Çünki istənilən nəticəni əldə etmək üçün başqa faktorlar daha önəmlidir. Rənglər bu məsələdə simvolik məna daşıyır və daha çox Sorosun maliyyəsilə həyata keçirilən rəngli inqlabların dövründən siyasətə transfer etməyə başladı. Həmin inqlabların populyar vaxtı bizdə narıncı hərəkat baş qaldırmışdı. Onda situasiya başqa idi. Müxalifət bu qədər zəif deyildi. Həmin cameədə sanballı adamlar çox idi. Heç bir uğur qazanılmadı. Etiraf edilməlidir ki, indiki iqtidar güclü çıxdı. Bunları nəzərə alıb bildirirəm ki, hansı divara fırça ilə rəng yaxsan mahiyyəti eynilə qalacaq. Divar yerindən tərpənməyəcək, dəyişən onun zahiri görkəmi olacaq”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın