Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “Bazarstore”də yüksək vəzifə tutan Türkiyə vətəndaşının iş icazəsi ləğv olundu

“Bazarstore”də yüksək vəzifə tutan Türkiyə vətəndaşının iş icazəsi ləğv olundu

Dövlət Miqrasiya Xidməti Türkiyə vətəndaşı olan Kocabey Suata Azərbaycanda işləmək üçün verilən icazəni ləğv edib.
Yeniavaz.com xəbər verir ki, Kocabey Suat “Bazarstore” mağazalar şəbəkəsində satış direktoru olub.
Kocabey Suatın 2018-ci ilin yanvar ayından “Bazarstore”də işlədiyi bildirilir. Daha əvvəl Türkiyənin “Özen Grup” şirkətində çalışıb.
Onu da bildirək ki, “Bazarstore” mağazalar şəbəkəsinin direktoru Burhan Sevahil də əvvəllər “Özen Grup”un direktoru olub. Burhan Sevahil 2017-ci ilin noyabr ayında “Bazarstore”a direktor təyin olunub və 2 ay sonra Kocabey Suatı mağazalar şəbəkəsinin satış müdiri təyin edib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …