Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Hacı İbrahim Nehrəmlinin şirkəti məhkəmə qarşısında

Hacı İbrahim Nehrəmlinin şirkəti məhkəmə qarşısında

Vaxtilə Azərbaycanın inşaat sektorunda əsas oyunşulardan olan “Avesta Konserni” MMC məhkəməyə verilib. 
Qaynarinfo xəbər verir ki, iddiaçı Məmmədova Elmira Rəşid qızı adlı vətəndaşdır. Birinci instansiya vətəndaşın iddiasını təmin etmədiyinə görə o, apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin sədrliyi ilə araşdırılır. 
“Avesta Konserni” MMC iş adamı Hacı İbrahim Nehrəmliyə məxsusdur. O, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. Qardaşı vəzifəsini itidikdən sonra Hacı İbrahim Nehrəmlinin biznesi də axsamağa başlayıb. 

Hacı İbrahim Nehrəmli Beynəlxal Bankla bağlı kredit qalmaqalında da gündəmə gəlmişdi. Məlum olmuşdu ki, iş adamının banka 800 milyon manat kredit borcu var. Lakin sonradan Hacı İbrahim bəyan etdi ki, onun borcu 450 milyon manatdır. Yeri gəlmişkən, həmin vaxt iş adamı borcunu ödəmədiyi üçün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. 
Hacı İbrahim Nehrəmli həm də “Xəzər adaları” layihəsinin müəllifidir. Beynəlxalq Bankla bağlı qalmaqaldan sonra bu layihə də dayandırıldı. 2019-cu ildə isə iş adamı bəyan edib ki, “Xəzər adaları” layihəsini Beynəlxalq Banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışlayıb. O, ərazinin deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi Azərbacan Sənaye Korporasiyasına verildiyini təsdiqləyib. Hacı İbarhim Nehrəmli əmlakın dəyərinin 720 milyon manat həcmində qiymətləndirildiyini və borcunu ödəyib tam bitirdiyini bildirib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …