Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “Bank of Baku”nun əməkdaşının mənimsədiyi 425 min dollar qaytarılıb

“Bank of Baku”nun əməkdaşının mənimsədiyi 425 min dollar qaytarılıb

“Bank of Baku”nun əməkdaşı tərəfindən mənimsənilmiş 425 min dollar artıq qaytarılıb.

Bunu “Trend”ə bankın İdarə heyətinin sədri vəzifələrini icra edən Eldar Həmidov deyib.

Onun sözlərinə görə, hazırda narahatlıq üçün heç bir səbəb yoxdur: “Bu, uğursuz oğurluq cəhdi idi, amma bu əməlin qarşısı operativ şəkildə alınıb. Bütün pullar qaytarılıb”.

Qeyd edək ki, “Bank of Baku”nun adı açıqlanmayan əməkdaşı 425 min dolları mənimsəyərək ölkədən çıxmağa çalışıb. Onun bu cəhdinin qarşısı alınıb.

***12:19

Bakıda bankın vəzifəli əməkdaşı müştərilərin pulunu mənimsədiyinə görə tutulub.

“Report” xəbər verir ki, “Bank of Baku”nun baş eksperti Eldar İsmayılov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Məlumata görə, E.İsmayılov bankın müştərilərinin ümumilikdə 425 min ABŞ dolları məbləğində pulunu öz hesabına köçürərək nağdlaşdırmaqda şübhəli bilinir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Fakt “Bank of Baku”nun Reklam və İctimaiyyətlə əlaqələr departamentindən təsdiqlənib. Lakin əməkdaşın adının Eldar İsmayılov olmadığı bildirilib. Bankdan qeyd olunub ki, Eldar İsmayılov adlı şəxs “Bank of Baku”fəaliyyət göstərmir: “İstintaq sirri olduğu üçün adı açıqlanmayan bankın əməkdaşlarından birinin öz vəzifə öhdəliklərindən sui-istifadə edərək cinayət əməli törətməyə cəhd etmək istəyi aşkar olunmuş və dərhal bu cəhdin qarşısı bank tərəfindən alınmışdır. Hal-hazırda məsələ ilə bağlı polis tərəfindən istintaq-araşdırma işi aparılır”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …