Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Həm “Maşa”, həm də fəhlə işləyirəm” – Video

“Həm “Maşa”, həm də fəhlə işləyirəm” – Video

2017-ci ilin bitməsinə artıq 2 gün qalıb. Bakı Yeni ili qarşılamağa hazırlaşır. Paytaxtın mərkəzi meydanlarında bayram əhval-ruhiyyəsini əks etdirən yolkalar qurulub, küçə və parklar bəzədilib, Şaxta Baba və Qar qız öz “nəvələri”nin görüşünə gəlib.

“Qafqazinfo”nun əməkdaşları bayramqabağı Yeni ilin simvolik obrazlarının vəziyyəti ilə maraqlanıb.

Şaxta Baba kimi fəaliyyət göstərən 55 yaşlı kişi gecə saatlarına qədər işlədiklərini və qonorar aldıqlarını bildirib.

“Maşa” isə marketdə fəhlə kimi çalışdığını, vəziyyətin əvvəlki illərlə müqayisədə fərqli olduğunu söyləyib: “2014-cü ildə insanlar bizimlə hər gün şəkil çəkdirirdilər, indi bu, nadir hallarda olur”.

“Qafqazinfo”nun hazırladığı videosüjeti təqdim edirik:

 

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …