Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda leş ətlər aşkar edildi – 2 dağ keçisi, 2 porsuq, 4 dovşan

Bakıda leş ətlər aşkar edildi – 2 dağ keçisi, 2 porsuq, 4 dovşan

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Geely” markalı avtomobil şübhə doğurduğundan saxlanılıb.
 Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Saatlı rayon sakini Zakir Fətəliyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı oradan heyvan leşləri aşkar edilərək götürülüb. Araşdırmlar zamanı sürücü onların 2 ədəd dağ keçisi, 2 ədəd porsuq və 4 ədəd dovşana aid olduğunu və onları aldığını bildirib.Götürülmüş cəsədlər müayinə olunmaq üçün ekspertizaya təqdim olunub. Rəydən sonra məsələyə hüquqi qiymət veriləcək. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …