Türkiyə mediası yenidən ölkədə hərbi çevrilişə cəhdin baş verəcəyi barədə məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Milliyet” nəşri dərc edib. İddialara görə, Türkiyədə növbəti qiyam avqustun 14-nə planlaşdırılır. Bildirilir ki, artıq bir neçə gündür Fətullah Gülən tərəfdarları tvitterdə “səbir edin” mesajları verərək, 14 avqusta işarə edən yazılar paylaşırlar.
Belə məlumatlardan biri Baş nazir yanında mütəxəssis kimi çalışan, daha sonra isə Gülənə məlumat ötürdüyünə görə saxlanılan Akif Mustafa Koçyiğit adına açılan tvitterdən paylaşılıb.
Digər paylaşımlarda isə “14 avqust AKP-nin yarandığı gündür. Bu tarixdə məğlub olacaqlar”- sözləri yer alıb.