Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / İsrail nümayəndə heyəti Sumqayıt şəhərində vacib görüşlər keçirdi – FOTO

İsrail nümayəndə heyəti Sumqayıt şəhərində vacib görüşlər keçirdi – FOTO

İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyətinin və “Safadi” adına İsrail Beynəlxalq Diplomatiya Akademiyasının sədri cənab Safadi Mendi,”Safadi” adına Beynəlxalq Diplomatiya Akademiyasının MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi, sülhməramlı səfir cənab Aleksander Şapiro Suliman və “Hərbi Əlillərin Qeyri-Yəhudi Sektorunun” sədri cənab Samir Masalha Sumqayıt şəhərində olublar.

Tanınmış diplomatlar ilk öncə Uli Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək Ümumdünya şöhrətli dahi insanın ruhu onündə baş əyərək, gül dəstələri qoymuşlar. Daha sonra, Sumqayıt şəhərinin rəmzi, “Sülh göyərçini” – ni, şəhərin görməli yerlərini və Sumqayıt Paralimpiya Kompleksini gəzmişlər. Tanınmış diplomatlar Azərbaycanın “kiçik modeli” olan Sumqayıt şəhərindəki geniş və müasir quruculuq işlərindən, səliqə – səhmandan məmnun olmuşlar. Eynilə müasir beynəlxalq standartlara cavab verən Paralimpiya Kompleksindəki əlilliyi olan insanlara ayrılan Dövlət qayğısından və diqqətindən razı qaldıqlarını bildiriblər.

Gələcəkdə, İsrail və Azərbaycan dövlətləri arasında əlilliyi olan insanların reabilitasiyası istiqamətində birgə proqram və layihələrin və eynilə, paralimpiyaçıların arasında qarşılıqlı dostluq əlaqələrinin inkişafı istiqamətində təşəbbüslər irəli sürəcəklərini bildiriblər. Sumqayıt şəhərində bütün bu kimi beynəlxalq səviyyəli proqram layihələr üçün tələb olunan uyğun şəraitin olduğunu bildiriblər. Səfər zamanı qonaqları “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd-Vəliyev, təşkilatın Sumqayıt şəhər şöbəsinin sədri Mədaxil Cavadlı, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Azərbaycan Paralimpiya Komitəsinin rəsmiləri müşayiət ediblər.

 

sa2

sa3

sa1

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın