Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / BAŞ REDAKTORDAN İCRA BAŞÇISINA SƏRT İTTİHAM: “PREZİDENTİ TƏMSİL ETMƏYƏ LAYİQ DEYİL”

BAŞ REDAKTORDAN İCRA BAŞÇISINA SƏRT İTTİHAM: “PREZİDENTİ TƏMSİL ETMƏYƏ LAYİQ DEYİL”

Azinforum.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru, hazırda Beyləqan seçki dairəsində deputatlığa namizəd olan Tapdıq Abbas həmin rayonun icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin ünvanına sərt ittihamlar səsləndirib. Baş redaktorun sosial şəbəkədə paylaşdığı fikirlər çox sərt olduğu üçün, onu  zəruri redaktə ilə təqdim edirik:

 

“Son iyirmi beş ildə Beyləqanda 5 icra başçısı – Mürşüd Əzimov(6 il), Rasət Ağayev(1 il), Qəni Əhmədov(2 il), Xasay Əhmədov(10 il), İrşad Əliyrşev(5 il) işləyiblər və nəhayət, son dörd ildir ki Vaqif Abdullayev guya rayonda başçı vəzifəsində işləyir. Bu vəzifəli şəxslərin hamısı Beyləqanda SSRİ-dən miras qalmış nə varsa hamısını yalnız söküb satmaqla çəşğul olublar, rüşvət yığıb var dövlət toplayıblar və rayon üçün heç bir faydalı iş görməyib yığdıqlarını götürüb çıxıb gediblər, bəziləri bu dünyada, digərləri axirətdədirlər!

 

tap
Bunlardan ən pisi və dəhşətlisi hazırkı icra başçısı Vaqif Abdullayevdir. Bu icra başçısı ilə işləməyən adamın ağlına gələ bilməz ki, belə də icra başçısı işləmək olarmış! Çox …., son dərəcə rüşvətxor, … , söyüşcül, bir sözlə, dövlət vəzifəsi tutmağa və Prezidentin yerli nümayəndəsi olmağa layiq olası insan deyil! Beyləqanda hamı fikirləşir ki, İlham Əliyev kimi çox güclü Prezidentə belə səviyyəsiz kadrı kim sırıyıb?!
Allah bütün beyləqanlılara və hörmətli cənab Prezidentə səbr versin, Vaqif Abdullayev kimi rüsvayçı və dağıdıcı, son dərəcə tamahgir icra başçısına görə, ayrı nə deyim?!”

Azinforum.az

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın