Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “İdman TV”nin şərhçisi Türkiyədə gündəm oldu (VİDEO)

“İdman TV”nin şərhçisi Türkiyədə gündəm oldu (VİDEO)

Türkiyə millisi ötən axşam “AVRO-2020″nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, qardaş ölkə millisi səfərdə Fransa ilə qarşılaşıb. Hamı bu oyunda meydan sahiblərinin asan qələbə qazanacağını proqnozlaşdırsa da, “ay-ulduzlular” çətin səfər oyunundan bir xalla qayıda bilib.
Hesabı 76-cı dəqiqədə meydan sahiblərindən Oliver Jiru açıb. 82-ci dəqiqədə isə Türkiyə millisindən Kaan Ayhan bərabərliyi təmin edib – 1:1.
Hesab bərabərləşən zaman “İdman TV”də oyunun şərh edən Ramiz Mirzəzadənin qol sevinci Türkiyə mediasının da diqqətindən yayınmayıb. “Fanatik.com” saytı həmin epizodun videosunu “Kaan Ayhanın qolunu bir də belə izləyin! Azərbaycanlı şərhçi çıldırdı…” başlığı ilə yayımlayıb. 
Qeyd edək ki, Türkiyə və Fransa milliləri 8 turdan sonra 19 xal toplayıb. Türklər top fərqinə görə ilk pillədə qərarlaşıb. 

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …