Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda ağac budaqları qırılaraq insanların üzərinə düşdü – yaralılar var – FOTO

Bakıda ağac budaqları qırılaraq insanların üzərinə düşdü – yaralılar var – FOTO

Yasamal rayonunda bədbəxt hadisə baş verib. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, ağacın budaqları qırılaraq dayanacaqda gözləyən üç nəfər qadının üstünə tökülüb.

Yaralıları təcili tibbi yardım maşınları ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. Onlardan birinə kəllə-beyin travması, digər ikisinə isə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. 

Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.


Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …