Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / ƏDV nə zaman qaytarılacaq?

ƏDV nə zaman qaytarılacaq?

“Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmasına Nazirlər Kabineti (NK)tərəfindən qaydasının təsdiq edildikdən sonra başlanacaq”.
Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Rəsmi məlumata görə, ƏDV-nin qaytarılması prosesi üçün müvafiq hüquqi, texniki və təşkilati məsələlər başa çatdırılmalıdır:
“Vergi Məcəlləsinə əlavə edilən dəyişiklik nəticəsində, nağdsız dövriyyənin stimullaşdırılması məqsədilə aparılan islahatların tərkib hissəsi kimi, istehlakçılar tərəfindən pərakəndə ticarət və ictimai iaşə müəssisələrində nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi geri qaytarılacaq.
Bu cür ödənişlər yeni nəsil-real rejimdə vergi orqanlarına qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Çünki, qanunvericiliyə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir”.
Mərkəzdən verilən məlumatda həmçinin bildirilib ki, onlayn kassa aparatları mərhələli şəkildə pərakəndə ticarət və ictimai iaşə obyektlərində qurulmaqdadır:
“Bu proses ƏDV ödəyicilərinin əhatə etməlidir. ƏDV məhz belə obyektlərdən ticarət edilən zaman qaytarılacaq”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …