Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Gimnastlarımız Avropa çempionatında 5-ci olub

Gimnastlarımız Avropa çempionatında 5-ci olub

Portuqaliyanın Gimaraynş şəhərində TeamGym üzrə Avropa çempionatı başa çatıb.

Yarışda Ağamurad Qəhrəmanov, Tofiq Əliyev, Adil Hacızadə, Rəsul Əhmədzadə, Elnur Məmmədov, Ramin Dəmirov, Anar Həsənov və Mənsum Səfərovdan ibarət heyət kişilər arasında komanda yarışlarında Azərbaycanı təmsil edib.

Finaladək irəliləyən yığma həlledici mərhələdə 5-ci pillədə qərarlaşıb.

“TeamGym” Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin əvvəlində TeamGym növünü öz fəaliyyətinə daxil edib.

2018-ci ilin oktyabrında milli ilk dəfə bu növdə Avropa çempionatına qatılıb.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …