Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Bu marşrutla Türkiyəyə səyahət iki dəfə ucuz başa gəlir – VİDEO

Bu marşrutla Türkiyəyə səyahət iki dəfə ucuz başa gəlir – VİDEO

Türkiyənin milli valyutasının ucuzlaşması bu ölkəyə turist axınına səbəb olub. Ölkəmizdən də bu istiqamətə uçuşlara böyük tələbat var. Tələb çox olduğundan uçuş biletlərində bahalaşma müşahidə edilir. Turizm şirkətləri alternativ olaraq vətəndaşlara fərqli turpaketlər təklif edirlər. Bəs ən aşağı büdcə ilə Türkiyəyə necə getmək olar?

Aviabiletlərin qiymətinin qalxması ilə turizm şirkətləri səfərləri Naxçıvan üzərindən təklif edirlər.

Bakıdan İstanbula təyyarə ilə getmək istəyən sərnişinlər təxminən 300-350 manat ödəniş etməlidir. Naxçıvan üzərindən getdikdə isə səfər iki dəfə ucuz başa gəlir. Türkiyəyə getmək isəyənlər Bakıdan Naxçıvana təyyarə ilə ordan da avtobusla İstanbul və ya digər şəhərlərə gedirlər. Belə olan halda isə həm gediş-dönüş təyyarə bileti və avtobus xərci də daxil olmaqla ümumilikdə 300 manata başa gəlir.

Turizm məsələləri üzrə ekspert Elgün Babayevin sözlərinə görə, tələbat çox olduğundan bir çox reyslərə biletlər əvvəlcədən bron edilir.

Ekspertlər hesab edir ki,Naxçıvan üzərindən səfərlərə tələbat daha da artacaq.

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …