Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Övladlarını vaxtsız itirənlər – SİYAHI

Övladlarını vaxtsız itirənlər – SİYAHI

{vladını vaxtsız itirən şair və yazıçıların siyahısını təqdim edirik.
Yazıçı Sabir Əhmədlinin oğlu Məhəmməd Əhmədli 1970-ci il fevralın 12-də Bakı şəhərində anadan olub. Qarabağ döyüşlərinə könüllü yollanan Məhəmməd 1994-cü il fevral ayının 12-də 24 yaşının tamamında snayperlə vurularaq Murovda şəhid olub. Məhəmməd Bakıdakı II Fəxri xiyabanda torpağa tapşırılıb. Sabir Əhmədli ömrünün son illərində oğlundan bəhs edən “Axirət sevdası” adlı roman yazıb.
Şair Hüseyn Arifin yeganə oğul övladı Arif yol qəzasında dünyasını dəyişərək həlak olub. Bu hadisədən sonra şair özünə Arif təxəllüsünü götürüb. Oğlunun ölümünə isə şeir yazaraq dərdini belə ifadə edib:
Hüseyn Arifəm, közə dözərdim,Enişə, yoxuşa, düzə dözərdim.Səksənə, doxsana, yüzə dözərdim –Əllidə Arifi itirməsəydim.Xalq yazıçısı Süleyman Rəhimovun oğlu seysmoloq Şamo Rəhimov 1965-ci ilin iyul ayında 34 yaşında ikən qəflətən vəfat edib. Yazıçı ölümündən əvvəl ailəsinə bu cür vəsiyyət edir: “Mən öləndə, məni heç yanda yox, ancaq və ancaq mənim bəlama düşən Şamilin – Şamonun şimal tərəfində, çəpinə, üzü Şamilə tərəf dəfn edin. Mənim qibləgahım oğlum olsun! Mənim səcdəgahım oğlum olsun! Mənim “Fəxri xiyabanım” oğlumun yanı olsun! Qoy, qəbiristanlığın bir tərəfində “Oğul-Ata” məqbərəsi dayansın. Bu özü də bizim faciəmizdən xəbər verər, çox təqib-təhqirlər açıb aləmə, xalqımıza deyər”.
Xalq şairi Süleyman Rüstəmin 1935-ci ildə Azad adlı oğlu dünyaya gəlir. O, yaş yarımlıq olanda dizinteriyaya yoluxur, onu həkimə çatdıra bilmirlər və dünyasını dəyişir. Ailədə ikinci Azad adlı övlad bir də on bir ildən sonra 1946-cı ildə doğulur.
Xalq şairi Xəlil Rza Ulutürkün oğlu Milli Qəhrəman Təbriz Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanır. 1992-ci il yanvarın 31-də “Daşaltı əməliyyatı” zamanı snayperlə vurularaq şəhid olur. Bakıda Şəhidlər Xiyabanında dəfn edilir. Şair oğlunun ölümünə bu misraları həsr edir.
Məqbərənə gül düzərək,Gülüm, Təbrizim, Təbrizim!Doğrudanmı səni tapdıÖlüm, Təbrizim, Təbrizim!
Yazıçı, tərcüməçi Vilayət Quliyevin qızı Humay Quliyeva 2021-ci ilin mart ayının 13-də ürək tutmasından dünyasını dəyişib.
Nəbi Xəzrinin 1960-cı il təvəllüdlü oğlu Ələkbər dörd yaşında dünyasını dəyişib. Bu itki şairə böyük zərbə olur. O, ömrünün axırına qədər bu sarsıntısından xilas ola bilmir. Hətta Ələkbəri mindirib gəzdirdiyi avtomobili oğlunun ölümündən sonra heç vaxt sürmür. O maşını satıb, başqası ilə əvəzləyir.
İkinci dünya müharibəsi zamanı ailə quran yazıçı Əzizə Cəfərzadənin bir qızı dünyaya gəlib. Yazıçı qucağında uşaq küçədə gedərkən uşaq əlindən yerə düşür və başından zərbə alaraq dünyasını dəyişir. Bundan sonra o, kiçik yaşda olan qardaşı oğlu Turanı və Kəmaləni öz övladlı kimi böyüdür. Turanın onun övladı olmasını rəsmiləşdirir.
Şair Şaiq Vəlinin böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Şairin 15 yaşlı oğlu Pərviz Vəliyev isə ötən ilin yayında dənizdə bataraq dünyasını dəyişib.
Şair Fikrət Sadıqın böyük oğlu İlkin gənc yaşda dünyasını dəyişib. Şair oğlunun həsrəti ilə şeirlər yazıb:
Güclü pəhləvandın, yoxsaDəmirçiydin, nə idin balam!Məni ikiqat qatdadınDüz qəddimi əydin, balam!
Şairə Xanım İsmayılqızının oğlu Fərid Əliyev 1980-ci ildə anadan olub. 1996-cı ildə məzun olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub və oranı uğurla bitirib. Fərid 2014-cü il iyulun 6-da ürək tutmasından dünyasını dəyişib.
Şair Eldar Baxışın oğlu Andayın beş yaşı olanda onu maşın vurur və uşaq həlak olur. Andayı vuran cavan oğlanın bir həftədən sonra toyu olacaqmış. Hərəkətində cinayət tərkibi olduğu üçün həbs olunur. Amma Eldar onun tutulmasına razı olmur. Anası, həyat yoldaşı, bacısının etirazlarına baxmayaraq, Eldar həmin adamı bağışlayır. Sonralar Eldar Baxış ağır xəstə yatanda həmin adam bir neçə dəfə gəlib ona baş çəkir.
Xalq şairi Fikrət Qocanın oğlu 54 yaşlı Yalçın Qocayev dostları ilə yeyib-içəndən sonra mübahisə edirlər. Elnur adlı dostu mübahisə zamanı Yalçın Qocayevi döyür, Sumqayıt sakini Ruslan Məmmədov isə onun başına butulka ilə zərbə endirir. Zərbənin təsirindən güclü qanaxma başlayır və o, həyatını itirir.
Yazıçı-publisist Mehriban Vəzirin oğlu hərbi xidmət keçən müddətdə vəfat edib. Mərhum Bakının Yasamal qəbiristanlığında dəfn edilib. Kulis.az

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …