Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Belə əlamətdar gündə məğlub ola bilməzdik!” – Mikayıl Cabbarov

“Belə əlamətdar gündə məğlub ola bilməzdik!” – Mikayıl Cabbarov

“Xorvatiyada başa çatan Avropa çempionatının son günündə güləşçilərimiz çox böyük uğurlara imza atdı”.

Bunu iqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov öz “Facebook” səhifəsində yazıb.

Federasiya prezidenti qeyd edib ki, idmançılarımız yarışın son günündə 2 qızıl, 1 bürünc medal qazanıb:

“Güləşçilərimiz qələbələrini Azərbaycan dövlətinə, Ali Baş Komandana və dövlətimizin bütün sərhədlərini qoruyan hərbi qulluqçularımıza həsr edir. Belə əlamətdar gündə məğlub ola bilməzdik!”

“Avropa çempionatında Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 14 medal qazandı”, – deyə Mikayıl Cabbarov bildirib.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …