Ana səhifə / Aktual / 56 yaşlı Məleykə Əsədova – Gözqamaşdıran FOTO

56 yaşlı Məleykə Əsədova – Gözqamaşdıran FOTO

Xalq artisti Məleykə Əsədovanın 56 yaşı tamam olur.

Axşam.az xəbər verir ki, aktrisa bunla bağlı paylaşım edərək, xatirələrini bölüşüb:

“Ömrünü səhnəyə həsr edən səhnənin Məleykəsi!!! 56 yaş tamam olur… Fəxr edirəm yaşımla, Allahın mənə bəxş etdiyi 56 illik ömrümə, aldığım nəfəsimə, atdığım hər addıma, Azərbaycan torpağında doğulduğuma görə, mərd, əqidəli atanın, gözəl ananın övladı olduğuma görə şükür edirəm. Bahar fəslinin yağışlı bir günündə – aprelin 23-də səhər saatlarında dünyaya göz açmşam. Ömrümün 34 ilini səhnəmə həsr etmişəm. Arzularım çoxdur, inşallah, Allah izin versə, arzularımın hamısına çataram. Çox sağ olun, məni sevən, 34 ildi səhnədə alqışlayan, sevimli tamaşaçılarım. Sizin alqışlarınız olmasaydı, Məleykə Əsədova da olmazdı. Mənə bu istedadı verən Allahıma sonsuz şükürlər olsun”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …