Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Manşet / Binə Bazarındakı “Mədinə” restoranı dövlət qanunlarına məhəl qoymur- Video

Binə Bazarındakı “Mədinə” restoranı dövlət qanunlarına məhəl qoymur- Video

Binə bazarında “Mədinə” adlı restoran fəaliyyət göstərir. Bazarın 4 və 5-cı sıralarından bu restorana giriş var. Çox maraqlıdır ki, sözügedən restoran deyəsən dövlət qanunları ilə deyil, bazarın sahibi Kəbirə xanımın qanunları ilə işləyir. Azinforum.az-ın əməkdaşları gündəlik minlərlə adama xidmət edən bu ictimai iaşə obyektində maraqlı hallar aşkar ediblər. Nə qədər qəribə olsa da, restoranda adi menyu belə yoxdur. Restoranı işlədənlər yeməklərin qiymətini müştərinin üzünə baxıb deyirlər. Yəni “damara baxıb, qan almaq” prinsipi ilə işləyirlər. Çünki nə menyu var, nə də yeməklərin üzərində qiymət. Bir sözlə, kənardan gələn müştərilərlərə bir, bazarda alver edənlərə isə tam başqa qiymət deyilir. Restoran eyni zamanda nağdsız ödənişləri də qəbul etmir. Bir az dirəşən müştəriyə kartdan-karta ödəniş etmək təklif olunur. Hesab edirik ki, əlaqədar qurumlar mütləq mənada “Mədinə” adlı bu restoranla bağlı tədbir görməlidir.

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …