Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Avropa çempionatı: Boksçumuz medalı təmin etdi

Avropa çempionatı: Boksçumuz medalı təmin etdi

Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində növbəti döyüşünü keçirib.
Azinforum.az 
Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, ölkə çempionu 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb.

İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran boksçumuz ikinci döyüşünü də aktivinə yazıb. 48 kq çəki dərəcəsində qüvvəsini sınayan Babayev rəqibinə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Kənan bu qələbə sayəsində yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, aprelin 20-də təşkil olunacaq 1/2 finalda irlandiyalı Tedi Coysla münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarışda daha 2 boksçumuz 1/4 final döyüşünə çıxacaq.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …