Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Tərtər işi” ilə bağlı həbs edilənlərdən biri generalın yaxınıdır…

“Tərtər işi” ilə bağlı həbs edilənlərdən biri generalın yaxınıdır…

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Tərtər hadisələri ilə bağlı həbs olunan bir sıra şəxslərin adlarını açıqlayıb.

Manset.az həmin hərbiçilərdən birinin kimliyi və vəzifəsi ilə bağlı məlumatlar əldə edib.

Belə ki, həbs olunanlar arasında adıçəkilən Rəşid Niftəliyev polkovnikdir və N saylı hərbi hissələrdən birinin komandiri olub. O, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilib.

Manset.az-ın həbs olunan polkovnik Rəşid Niftəliyev haqda araşdırması davam edir. Onun Müdafinə Nazirliyində uzun illər çalışan və hazırda vəzifəsindən azad olunan məşhur generallardan biri ilə yaxın olduğu bildirilir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …