Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Ziya Məmmədovla bağlı daha bir ilginc iddia – villalarını sökdürür?!

Ziya Məmmədovla bağlı daha bir ilginc iddia – villalarını sökdürür?!

Ölkə prezidenti İlham Əliyevin keçirdiyi son müşavirə nazir-oliqarxları təşvişə salıb. Etibarlı mənbədən aldığımız məlumata görə, Nəqliyat naziri Ziya Məmmədov növbəti dəfə özünə məxsus 3 villanın sökülməsinə göstəriş verib. Məlumatda qeyd edilib ki, villalardan yalnız bahalı mebellər çıxarılaraq naməlum istiqamətə daşınıb. Nərimanov rayonu ərazisində yerləşən, qiyməti 10 milyon dəyərində olan villanın söküntüsünün isə yalnız gecələr aparıldıgı söylənilir. O da maraqlıdır ki, zamanında milyonlarla vəsait sərf edilmiş villalar nədən sökülür?! Dövlətin sərvətini özlərinə bu cür villalar tikdirərək dağıdanlar, elə bu dövlət, millət uğrunda şəhid olan şəxslərin ailələrinə həmin mülkləri hədiyyə etsəydilər günahları bir misli olsa belə azalardı. Hər halda biz təklifimizi veririk. Bunu yerinə yetirmək isə nazir-oliqarxların vicdanına qalıb…

millətim.info

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın