Ana səhifə / Siyasət / Hansı icra başçısının mebelləri yerlidir? – ÖZ DİLİNDƏN

Hansı icra başçısının mebelləri yerlidir? – ÖZ DİLİNDƏN

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov rəhbərlik etdiyi qurumun ofisi üçün yerli istehsal olan mebellər sifariş edəcək.

Bunu Publika.az-a icra başçısı özü deyib. Onun sözlərinə görə, icma üçün yerli mebel bir neçə il öncə alınıb.

B.Səfərov deyib ki, Prezident İlham Əliyevin müvafiq tövsiyəsinə uyğun olaraq, bu çağırışa hər bir məmur qoşulmalıdır: “Bu gün mənim ofisimdə də mebellər yerli istehsal məhsullarıdır. Buna hər bir jurnalist də gəlib yerindəcə baxa bilər. Əvvəl kim nə alıbsa, alsın. Ancaq indi zaman onu tələb edir ki, hər bir məmur və vətəndaş yerli istehsala daha çox üstünlük verməlidir. Mən cənab Prezidentin bu tövsiyəsini çox gözəl qarşılayıram. Yəqin ki, gələcəkdə mən də həm özüm, həm ailəm, həm də rəhbərlik etdiyim təşkilatlar üçün nə almağa imkanım olacaqsa, ancaq yerli məhsula üstünlük verəcəm. Hətta yaxın dost-tanışlara və ərkim çatan insanlara da yerli məhsul almağı tövsiyə edəcəm. Ölkə başçısının bu addımı çox vacibdir.

Həmçinin, möhtərəm ölkə başçısı ötən gün məmurlara bir daha xatırlatdı ki, “mən xalqın Prezidentiyəm və siz məmurlara da əsas tapşırığım odur ki, xalqa yaxşı xidmət edin”. Yəni, biz məmurlar hər bir vətəndaşa böyük diqqət və qayğı ilə yanaşmalıyıq, nəyə gücümüz çatırsa, o köməyi əhalidən əsirgəməməliyik”.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı məmurlara yerli avtomobil və mebellərdən istifadə etməyi tövsiyə edib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın