Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Silsilə qətllər və qatillərin həyat hekayələri… – Araşdırma

Silsilə qətllər və qatillərin həyat hekayələri… – Araşdırma

Onların heç biri müsəlman olmayıb. İŞİD militanları da sayılmazlar. Lakin törətdikləri silsilə qətllər vahimdir. 
 
Bu cinayətkarların həyatı hər zaman romanlara, filmlərə mövzu olub. Qatillərin həyata keçirdiyi cinayətlər yazıldıqca, bu vəhşiliyin altından bir həyat hekayəsi üzə çıxıb. 
Hazırda bütün Avropa İŞİD adlı anti-insani terror dəstəsinin əməllərini cəmi müsəlmanların adına yazdığı vaxtda
Musavat.com dünyanın gəlmiş-keçmiş ən məşhur qatillərini və onların həyat hekayəsinin təqdim edir:
 
****
 
 
Ted Bandi 1974 – 1978-ci illərdə ABŞ-ın müxtəlif yerlərində 100-dən çox qadını öldürüb. Qurbanlarının dəqiq sayı bilinməyən Bandi 10 il davam edən istintaqdan sonra 30-dan çox adam öldürdüyünü etiraf edib. O, silsilə qətllərin başçısı hesab olunur və hər şeyə rəğmən təhsilli, yaraşıqlı, kübar olaraq tanınır. Bandi qurbanlarını ağacla döyərək, yaxud boğaraq öldürüb və demək olar ki, onların hamısına təcavüz edib.
Pedro Lopez Monsalve “And canavarı” ləqəbiylə məşhurdur. Cənubi Amerikada 300 uşağa təcavüz edərək öldürüb.
1980-cı ildə onun öldürdüyü 53 uşağın cəsədi polis tərəfindən tapılıb. Məşhur qatil 1999-cu ildə həbsdə olarkən müsahibə verir və özünü “əsrin adamı” adlandırır. O, pis hərəkət etmədiyini bildirərək azad edilməsi lazım olduğunu deyir.
Ed Geyn anasının ölümündən sonra anatomiya ilə məşğul olub. Bu maraq, yeganə qan bağı olan insanı-anasını diriltmək istəyindən qaynaqlanıb. O bir müddət sonra məzarlıqdan cəsəd oğurlayır, öyrəndiklərini tətbiq etməyə başlayır və qadın vücudları onu ovsunlayır. Nəhayət, anasını dirildə bilməyəcəyini anlayan qatil, anası yaşındakı bir cəsədin dərisini soyaraq anasının paltarı ilə əyninə geyinir. Qadın vücuduna olan marağı get-gedə artan Ed cəsəd oğurlamağı buraxıb, cinayətlər törədir. O, bir müddət sonra bədən əzalarından müxtəlif bəzək əşyaları düzəltməyə başlayır. Qurbanlarının dərisindən kəmər, başından fincan düzəldən qatilin əməlini yerli bir dövlət məmuru ifşa edib.
Eddən şübhələnən məmur gizlicə onun evinə girir. Dodaqdan hazırlanmış boyunbağılar, əl dərilərindən tikilmiş əlcəkləri görən məmur polisə xəbər verib.
Məhkəmədə Ed “ölülərə təcavüz”, “insan əti yemə” iddialarını inkar edərək cinayətləri bəzək əşyaları düzəltmək üçün etdiyini deyib.
“Quzuların səssizliyi” filminə ilham olan Albert Fişin 100-dən çox adam öldürdüyü güman edilir. İnsan əti yeyən Fiş ən yaşlı serial qatildir. Anasının gözü önündə cinsi istismara məruz qalan Fiş uşaq evində böyüyüb. Psixoloji sarsıntı keçirən Fiş ilk cinayəti 1910-cu ildə törədib. O, azyaşlı, müdafiəsiz qurbanlarını işgəncə vermədən, zorlamadan, ətlərinin yemədən öldürməyib. Fiş işgəncə verməkdən zövq alıb, eyni zamanda özünə də işgəncə verib. 1928-ci ildə Budd soyadlı ailəylə tanış olan qatil onların etibarını qazanır. Ailənin kiçik qızı Qreys Buddu ad günü ziyafətinə aparmaq adı ilə boş evə gətirir. Uşağın cəsədini parçalayaraq qaldığı pansiona aparan qatil 9 gün otaqdan çıxmayaraq qızın ətini bişirərək yeyib.
Daima polisdən qaçan Fiş 1934-cü ildə öz xətası üzündən tutulub. Belə ki, Fiş onu tutacağını qarşısına məqsəd qoymuş polis Uilyam Kinqə məktublar yazaraq Qreysi necə öldürdüyünü, yediyin təsvir edib. Fiş 1936-ci ildə məhkəmənin qərarı ilə elektrikli stula bağlanaraq edam edilib. Qatil ölümündən əvvəl bu sözləri deyib: “Heç vaxt dadmadığım böyük bir zövqü dadacağam”.
ABŞ-ın ən məşhur silsilə qatillərindən olan Aileen Vurnos homoseksual idi. Onun əlaqəyə girdiyi qadınları öldürüb meşəyə apardığı üzə çıxıb. 7 nəfəri öldürsə də, ikisinin cəsədi tapılmadığı üçün 5 nəfəri öldürməkdə mühakimə olunub.
Uşaq vaxtı onun atası pedofillikdə günahlandırılaraq tutulub. Anası kiçik qızını babasına verərək qaçıb. 13 yaşında təcavüzə məruz qalan Vurnos uşaq dünyaya gətirib. Babası onu evdən qovduqdan sonra həyatda qalmaq üçün fahişəlik edən Vurnos köhnə bir avtomobil alıb. 20 yaşında olarkən 70 yaşlı kişi ilə evlənib və ərini döydüyü üçün boşanıb.
Məhkəmədə öldürdüyü adamların ona təcavüz etdiyini deyən Vurnos edamdan əvvəl etiraf çıxışı edir: “Qətlləri qəzəbimdən törətdim. Edam edilməliyəm, çünki həbsdən çıxsam yenə adam öldürəcəyəm”.
İlk amerikalı serial qatil olaraq tanınan Holmes 1861-ci ildə dünyaya gəlib.
O, Çikaqoda keçirilən dünya sərgisi zamanı beynində canlandırdığı cinayətləri həyata keçirmək üçün burada bir otel açır. Öldürdüyü adamların sayı 200-ə qədər olsa da, 27 cinayətdə adı hallanıb. Onlardan dördü sübut olunub. Onun qurbanlarının çoxu sərgiyə gələnlər olub.
Andrey Çikatilo Ukraynada doğulmuş məşhur “Sovet qatili”dir. 1978-1990-cı illərdə 53-ü sübuta yetmiş cinayət törədib. 1992-ci ildə məhkəmə qarşısına çıxarılıb. Özünün dediyinə görə, 56 nəfəri öldürməyə cəhd etsə də 53 nəfərin həyatına son qoya bilib. O, 1994-cü ildə məhkəmənin qərarı ilə güllələnərək öldürülüb.
“Qanlı Qrafinya” ləqəbli Elizabet Bazori ərini öldürdükdən sonra cadügərliklə məşğul olub. 40 yaşına çatanda qocalmaqdan qorxan “Qanlı Qrafinya” saçını darayanda yolunduğu üçün xidmətçiyə bərk şillə vurub. Gənc qızın üzündən düşən qan “Qanlı Qrafinya”nın əlinə dəyib. O, bu qanla qızın gəncliyini, gözəlliyini aldığını zənn edib. Daha sonra “qan vannası” qəbul edən qadın 612 qızı qaçıraraq işgəncəylə öldürüb və qanları ilə çimib. Həbs olunan qatilin cəsədi təkadamlıq kamerada tapılıb.
“Qarındeşən Çek” ləqəbli qatil cinayətlərini Londonda həyata keçirib. Bir gün mərkəzi xəbər agentliyinə özünü “Qatil Çek” kimi təqdim edən birindən məktub gəlib. Məktubu yazan şəxs çox sayda adam öldürdüyünü iddia edib. Silsilə qətllərin törədildiyi həmin dövrdə agentlik məktubu çap edib. Hamısı fahişə qadınlardan ibarət olan qurbanların beşinin eyni adam tərəfindən öldürüldüyü müəyyənləşir. Ancaq “Qarındeşən Cek”in 20-dən çox adamı öldürdüyü ehtimal edilir.
“Cinayət işi” silsilə cinayətlərin baş verdiyi dövrdən iki il sonra bağlanır, lakin indi də ingilis detektivlər və alimlər müasir texnologiyanın gücündən istifadə edərək həmin cinayətləri açmağa cəhd edirlər.
Bu qatil əvvəlcə qurbanlarını boğub, daha sonra boğazlarını qulaqlarına qədər kəsirdi. “Qarındeşən Cek”in kimliyinə dair onlarla iddia irəli sürülür, lakin təsdiqini tapmırdı. Qurbanlarının daxili orqanlarını çıxardığı üçün onun qəssab olması da ehtimal edilirdi. Onun kimliyi bu günə qədər sirr olaraq qalır.
Gülnar Süleymanova
Musavat.com

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın