Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Müşfiq Rəhimov sahibkarın başına hansı oyunu açıb?– QALMAQAL

Müşfiq Rəhimov sahibkarın başına hansı oyunu açıb?– QALMAQAL

İmtanah Qeydiyyat Şöbəsinin rəis müavini hazırda Türkiyədə saxlanılan Elman Abdıyevə məxsus 2001-ci il buraxılışlı DAF yük maşınını 2008-ci il adıyla sənədləşdirilib

BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsində daha bir qanunsuzluq aşkarlanıb. Daha doğrusu, şöbənin rəis müavini Müşfiq Rəhimov tərəfindən aldadılan sahibkarı az qala oğru adıyla Türkiyədə saxlayıblar.

JAM.AZ-a müraciət edən Elman Abdıyev bildirir ki, o, Çexiya istehsalı olan DAF markalı yük avtomobilini keçən il Azərbaycana gətirib. O qeyd edir ki, maşına dövlət nömrə nişanı almaq üçün BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinə müraciət edib. Və orada özünün də xəbəri olmadan sənədlərə həmin avtomobilin 2008-ci il buraxılışı olmasını yazıblar.

Hazırda Türkiyədə gömrük işçiləri tərəfindən saxlanılmış Abdıyev bildirir ki, ona oğurluq maşın sürmə ittihamı irəli sürülür. Çünki sənədlər yoxlanılarkən şassi nömrəsi ilə mövcud sənədlər arasında ziddiyyət aşkarlanıb.”İdarə etdiyim 99 XY 205 dövlət nömrə nişanlı DAF markalı maşını Türkiyədə saxlayıb yoxladıqda sənədlər uyğun gəlmədi. Məlum oldu ki, avtomobilin şassi nömrəsi səhvdir. Bakıya zəng edib bu nə oyundur çıxarmısız deyəndə utanmadan cavab verirlər ki, “pislik etməmişik, maşınını cavanlaşdırmışıq”. İndi nə edəcəyimi də bilmirəm”.

Elman Abdıyev JAM.AZ-a onu da bildirib ki, Müşfiq Rəhimov və onun işçilərinin bu hərəkəti daha çox pul qazanmaq istəyindən irəli gəlib. “2001-ci il istehaslı olan avtomobillə 2008-ci il istehsalı olan avtomobil arasında mütləq fərq var. Və dövlət nömrə nişanını alan zamanda da qiymət fərqləri yaranır. Müşfiq gil daha çox pul qazanmaq üçün məni çətin vəziyyətə qoyublar. Halbuki mənim əlimdə maşının2001-ci ildən bəri Çexiyada texniki baxışdan keçdiyinə dair sənədlər var. Onları hazırlayıb məhkəməyə müraciət edəcəm”.

Xatırladaq ki, Müşfiq Rəhimovun yük maşınlarını gömrük qeydiyyatından keçirmək kimi əlavə bir səlahiyyəti də var. Belə ki, ölkəyə gətirilən yük maşınlarını gömrük qeydiyyatına almaq üçün onun limiti mövcuddur. Bununla bağlı geniş araşdırmamız yaxın günlərdə oxuculara təqdim olunacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın