Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Azərbaycandan pulsuz samovar çıxa bilməz – Monopoliya, yoxsa?..

Azərbaycandan pulsuz samovar çıxa bilməz – Monopoliya, yoxsa?..

“Xaricdə yaşayan dostumuza samovar lazım oldu. Aldım, ancaq göndərmək üçün it zülmü çəkdim”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalist Coşqun Eldaroğlu sosial şəbəkədə yazıb. O bildirib ki, hazırda İncəsənət Muzeyi samovar monopoliyası ilə məşğul olur:

“Sizin muzeylərə ürəyiniz yansın, tez-tez xalqı tənqid eləyin ki, muzeyə getmirlər. Gözünə döndüyüm İncəsənət Muzeyi də gəlib samovar monopoliyası ilə məşğul olsun. Hər yerdə bürokratik əngəl var. İncəsənət Muzeyinin şəhadətnaməsi olmasa, ölkədən samovar çıxa bilməz. Həftədə bir dəfə komissiya təşkil edirlər, samovarın heç üzünə baxmırlar, deyirlər, pulu bəri ver”.

C. Eldaroğlu onu da qeyd edib ki, rüsum 15 manat olsa da, məlumatsız şəxslərdən 30 manat tələb olunur. Əvəzində möhürlü şəhadətnamə verilir.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın