Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müğənnilərin soyulması məsələsi ilə bağlı – AÇIQLAMA

Müğənnilərin soyulması məsələsi ilə bağlı – AÇIQLAMA

“Ramalla axırıncı dəfə dünən danışmışıq. Mənə bu barədə heç nə deməyib. Ancaq yenə də özüylə dəqiqləşdirəndən sonra mətbuata məlumat verəcəyəm”.
Müğənni Ramal İsrafilovun meneceri Leyla Əmirova sənətçinin soyğunçuluğa məruz qalması xəbəri barədə Ölkə.Az-a danışarkən bunları deyib.
Qeyd edək ki, mətbuatda sənətçinin toydan çıxarkən bir neçə nəfər tərəfindən soyğunçuluğa məruz qaldığı barədə xəbər yayılıb.
***
“Elə bir hadisə baş verməyib. Bütün günü İntizarla və “Şadan” qrupuyla bir yerdəyik. Nəsə olsa, mən də bilərdim”.
Bu fikirləri Ölkə.Az-a açıqlamasında İntizar Məmmədovun rəhbərlik etdiyi “Şadan” qrupunun prodüseri Nurlan Dadaşov səsləndirib.
Qeyd edək ki, bu gün mətbuatda “Şeron” qrupunun keçmiş üzvü, “Şadan” qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı soyğunçuluq edilməsi ilə bağlı xəbər yayılıb. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın