Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Gündəm / “Vurulan” icra başçısı və oğlanları haqda sensasion iddialar yayıldı…

“Vurulan” icra başçısı və oğlanları haqda sensasion iddialar yayıldı…

Salyanın ötən gün vəzifəsindən azad edilən icra başçısı Tahir Kərimovun haqqınnda xəbərlərin ardı-arası kəsilmir.

 Azinforum.az xəbər verir ki, sabiq icra başçısı və onun SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri olan oğlu Həmzə Kərimov haqda 7news.az saytı yeni iddia ilə çıxış edib.

Adışəkilən saytda (/7news.az/maraqli-6/imperator-olkeden-qacmaq-isteyir-188667) bildirilib ki, Həmzə Kərimov uzun illərdi Rumıniyanın vətəndaşlığını almaq istəyir:

“Arzusu gizli şəkildə ikili vətandaşlıq statusunu əldə etməkdir. Belə ki, Həmzə Kərimovun həmişə bir devizi olub: “Mən Avropanı qoyub Azərbaycanda heç zaman yaşamaram”. Onu da qeyd edək ki, uzun illərdir Rumıniyada yaşayan Həmzə Kərimov həmin ölkədəki keçmiş səfirimiz Eldar Həsənov ilə tez-tez baş-başa gəlirmiş. O, hətta cürət edib cənab səfirdən Bakıya tez-tez anonim məlumatlar da göndərib.

Bu barədə “Yeni Müsavat” yazır ki, Həmzə Kərimov Rumıniyaya gedəndən sonra işini səfirlə koordinasiya etməyib, öncədən aldığı təlimat üzrə Eldar Həsənova saymazyanalıq göstərib, tamamilə “muxtar” fəaliyyət göstərib, həmçinin vaxtaşırı Eldar Həsənovun guya Rumıniyada Azərbaycanı layiqincə təmsil edə bilməməsi haqda donoslar yazıb.

O zaman məsələ ilə bağlı “Media forum” saytına açıqlamasında Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyovun işlətdiyi ifadə H.Kərimovun səfirlikdə hansı təəssürat yaratdığından xəbər verir: “Onun (Eldar Həsənovun-red.) vətənpərvərliyi, müstəqil Azərbaycan dövlətinə xidmətləri, yüksək peşəkarlığı, savadı, alicənablığı, mərdliyi və səviyyəsi bir çox diplomatlara, elə Həmzə Kərimov kimilərinin özlərinə də əsl örnək olmalıdır”. Göründüyü kimi H.Kərimov digər dövlət qurumlarında nüfuz sahibi olmasa da, sırf atasının xətrinə vəzifədə saxlanılmaqdadır. Onun etdiyi yalnışların sayı-hesabı bilinməsə də, biriləri onu qorumaqdadırlar”.

Yazıda o da qeyd olunur ki, Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun digər oğlu Ümid Abuzərli Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin Koordinatorudur:

“Göründüyü kimi, vaxtilə kriminal aləmlə isti münasibəti olan Tahir Kərimov çıxarılsa da, vəzifəyə yerləşdirdiklərinin hamısı iş başındadırlar. Fəqət Həmzə Kərimovun ikili vətəndaşlıq məsələsi son dönəmdə yenidən aktuallaşıb”.

Sayt sonda iddia edib ki, Tahir Kərimov ölkəni tərk etməyə hazırlaşır…

Bu iddialarla bağlı Tahir Kərimovun da mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın