Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Sevil Əliyeva azərbaycanlı xanımları təbrik etdi

Sevil Əliyeva azərbaycanlı xanımları təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva sosial şəbəkə vasitəsilə azərbaycanlı xanımları təbrik edib. Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əziz xanımlar!
Sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Möhkəm can sağlığı arzulayıram. Qoy xoşbəxtlik sizi ömrünüz boyu müşayiət etsin və könlünüz daima sevinclə dolsun. Bayramınız mübarək!
Hörmətlə, Sizin Sevil Əliyeva!”.

Modern.az-ın məlumatına görə, Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. O, tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. Bir qızı, iki oğlu var.

O, həm də “Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri – Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın