Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Gündəm / Novruz kimlərin bayramıdır, yerə düşən çörəyi niyə öpürük, donuz niyə haramdır? – ARAŞDIRMA

Novruz kimlərin bayramıdır, yerə düşən çörəyi niyə öpürük, donuz niyə haramdır? – ARAŞDIRMA

Novruz kimlərin bayramıdır? Yerə düşən çörəyi niyə öpürük? Donuz niyə haramdır? Bu və digər suallara Moderator.az-ın təqdim etdiyi yazıda cavab tapa biləcəksiniz.
Bu və ya bu tipli bir çox ayinlər Şumerlərdən bəşəriyyətə qalmış mirasdır  və bu təkcə mifologiya ilə məhdudlaşmır.
Şumer dini əvvəllər ilahi bir din idi. İnsanlar əvvəlcə böyük təbiət qüvvələrinə sitayiş edirdilər. Böyük təbiət qüvvələri passiv, yaradıcı qüvvədən məhrum idi. Bu təbiət qüvvələrinə sonradan Tanrılıq verilmişdi.
Şumerlər o dövrdə astronomiyadan geniş istifadə edirdilər. İnşa etdikləri nəhəng Zigguratlar ilə göy üzünü izləyirdilər. Mücərrəd tanrını göy üzündə kəşf etməyə başladıqları cismlərlə eyniləşdirirdilər. Ay Tanrısı, Günəş Tanrısı, Külək Tanrısı və s. şəklində.
Sami irqindən olan Akad e.ə. 2500-ci ildə Şumer bölgəsinə yerləşir və böyük bir mədəniyyətlə üzləşib öz inanclarını Şumer inancları ilə qarışdırır. Akad həm Qərb, həm də Şərqə doğru genişlənir, genişləndikcə də Şumer inancları dənizçiliklə məşğul olan Finikiyalılara qədər çatır. Finikiyalılar vasitəsi ilə də Antik Yunan və Romaya. Yayıldıqca da Şumer maddiləşdirilən nə qədər Allah və İlahə varsa, həmin məkanlarda yeni versiyaları uydurulur. Məsələn, Şumer İnannası Semitik cəmiyyətlərin İştarı, Finikiyalıların Astartesi, Antik Yunanın Afroditası olur. Şumerin Ninurtası Yunanın Zeusu olur.
 
1. Novruz: Müqəddəs izdivac
 
Novruz bir Şumer ritualıdır və bütün cəmiyyətlərə də Şumerdən yayılmışdır. Belə ki, Şumerin ən məşhur tanrısı Tammuz bərəkət və günəş tanrısıdır. Ən məşhur ilahəsi isə bərəkət, torpaq və ay tanrısı olan İnannadır. Şumer inanca görə, soyuq və çətin keçən qışdan sonra baharın gəlişilə hər il 21 mart tarixində Tamuz ilə İnanna evlənir. Bu evlilik qışın sonunun, torpaqdakı bereketlənmənin rəmzidir  və hər il bu tarixdə qeyd olunur.
21 mart eyni zamanda, gündüz və gecənin bərabər olduğu tarixdir. Günəş tanrısı Tamuz gündüzün, Ay ilahəsi İnanna gecənin rəmzləridir və bu izdivac gecəylə gündüzün bərabər olmasıdır. Tammuzla İnannanın birləşmələriylə dünyaya bolluq, bərəkət və yaşıllıq gəlirdi, heyvanlar balalayırdı. Evlilik günəşlə əlaqəli olduğundan ritualda odun üstündən tullanmaqda var. (Atəş günəşin rəmzidir).
İlk dəfə e.ə. 4000-ci ildə qeyd olunan bu evlilik Mesopotamiya və Orta Asiyada Novruz halını alır. Xristianların Pasxasının qaynağı da bu evlilikdəndir.
2. Gəlin otağının bəzədilməsi
İnanca görə, müqəddəs evlilik ərəfəsində İlahə İnanna yuyunur, anası ilə danışaraq ondan məsləhətlər alır, qapı arasından hədiyyələrin gəlişini gözləyir. Daha sonra gəlin otağı hazırlanır və cehizlər qonaqlara göstərilir. Ancaq bütün bu hazırlıqlar tamamlanandan sonra Tammuzun içəri girməsinə icazə verilir.
 
3. Qaraçöhrə ağacı və qəbiristanlıqlar və Tammuz
 
Tammuz üçün yazılmış mətnlərdə belə deyilir: “Bir yığın Haşur meşələrinin arasında sən par-par parlayan qaraçöhrə ağacısan və sənin olduğun yerə yalnız günəş gələrdi”.
Şumer məbədlərində Tamuzun rəmzi olaraq qaraçöhrə ağacı əkilirdi. Tamuz sular tanrısı Enkinin oğlu olduğu üçün məbədlərdə eyni zamanda hovuz, su quyusu və ya bulaq da olardı.
Bu gün məzarlıqlarda qaraçöhrə ağaclarının olmasının səbəbi qaraçöhrə ağacının “əbədi həyat”ı simvollaşdıran “həyat ağacı” olmasıdır. Tammuz  həqiqi mənada heç vaxt ölməz, əbədidir.
4. Milad ağacı
Tammuzun heç bir zaman tam olaraq ölmədiyini dedik. Bəli, ölməz, ancaq dərin bir yuxuya dalar. Bu yuxu gecənin gündüzə qalib gəlməyə başladığı tarixə uyğun gəlir. Bu tarix gecə ilə gündüzün il içərisində son dəfə bir-birlərinə bərabər olduqları gecə-gündüz bərabərliyinin tarixidir. Bu tarixdən sonra gecələrin müddəti  21 dekabra qədər gündüzə aiddir.
21 dekabr il içərisində ən uzun gecədən ibarətdir. 21 dekabrda Günəş tanrısı Tammuz ölür, 3 gün sonra isə gecənin qısalmağa, gündüzün uzanmağa başlaması ilə dirilir. Bu diriliş 25 dekabrda qeyd olunur və bu şənliklərdə Şumerlər bu gün Milad (yolka) dediyimiz ağaclardan istifadə edilir. Ağacdakı bəzəklər hər növdən olan meyvə və bərəkətin rəmzidir, ağacın özü isə Tammuzdur.
5. Tibbin rəmzi
 
Həyat ağacına sarılı iki ilan Tammuzun şəfaverici xüsusiyyətini təsvir edir. Müasir tibb müəssisələrində geniş olaraq istifadə edilən ilan simvolunun qaynağı da yenə Şumerdən gəlir.
6. Donuzun haram olması
 
Tammuzun başqa adı Donuzudur. İnanca görə Tammuz və onun növbəti versiyası olan Adonis vəhşi bir donuz tərəfindən qətlə yetirilir. Donuzu mifdə günahkar, dinlərdə haram hesab edən “Allah qatili” sifətidir. Həmçinin donuzun xırdabuynuzlu heyvanlar kimi köç etməsi  və dövrün şərtlərinə görə yay aylarinda ətinin istiyə dözə bilməyərək tez xarab olması da səbəblər arasındadır.
7. Yerə düşən çörəyin öpülməsi
Çörəyin müqəddəsliyi Sabilərdən gəlir. Tammuzun bir başqa variantına tapınan Sabilərə görə çörək çox müqəddəsdir. Belə ki, taxılın toplanması və üyüdülməsi vaxtında Sabilər ağlayardı. Çünki bu tarixlər Tammuzun  öldüyü, yəni dərin yuxuya daldığı günlərə təsadüf edirdi.
Sabilərə görə, çörək Tammuzun ətidir. Tammuz Sabilər üçün əsas dolanışıq mənbəyi idi. Bu səbəbdəndir ki, bu gün hələ də çörək yerə düşdüyü zaman öpülür və başa qoyulur. Çörək və buğda qırıntısını tapdamağın böyük günah olduğuna inanılır və bəzi yerlərdə çörək bıçaqla kəsilmir.
Sabilərə görə çörək Tammuzun əti , şərab da sülh və şərab tanrısı Dionisusun qanıdır. Hər ikisi də dövrün insanları üçün əsas dolanışıq mənbəyi idi.
8. Qurban kəsmək
 
Şumer tanrılarını sevindirmək, arzu etmək, xəstəlikdən xilas olmaq və əhd etmək üçün xəstə və ya şikəst olmayan bir heyvan qurban edilirdi. Qurbanları məbəd kahinləri kəsərdilər. Qurbanın sağ budu və daxili orqanları Tanrılara təqdim edilir, qalanı isə paylanırdı.
9. İlk yeganə Tanrı: Marduk 
Marduk Babil şəhərinin tanrısı və Şumerin Tammuzunun Babilistan versiyadır. Babil şəhərinin güclənməsilə yanaşı o da gücləndi. Mifdə tanrılar, doğulduqları şəhərə bağlıydı. Şəhər gücləndikcə o şəhərin, ya da dövlətin kralı öz tanrısını da gücləndirmiş və genişləndirmiş olurdu.
E.ə. 2000-ci ildə Kral Hamurapi tərəfindən Baş Tanrı elan edildi. E.ə. 1600-ci illərdə də Kral Buhtunnəsr tərəfindən Tək Tanrı elan edilib. Marduk Tanrıların Tanrısı mövqeyinə gəldikdə digər 50 tanrı öz güclərini Marduka verir. Hər bir gücün, xüsusiyyətin də ayrı adı vardı. Beləliklə, Mardukun 50-ə qədər adı olur. Martıq öz güclərini bəxş edən allah və ilahələri öz ixtiyarına alır və onlara məhdud güc və vəzifələr verir. Beləliklə, qədim Şumer tanrıları tək tanrının xidmətində bir peyğəmbər, vəli və ilahi elementlərə çevrilir.
Babilistanın zəifləməsi və Assurun güclənməsilə Mardukun Asur versiyası ortaya çıxır. Dövlətə də adını verən Assur allahıdır. Zamanla bu tək tanrı inancı müasir quruluşunda Tövrat ilə qovuşar.
10. 14 fevral sevgililər günü
 
Sevgililər günü günümüzdən çox daha əvvəl Antik Yunanıstanda qeyd olunurdu. Şumerdə Tammuz-İnanna,  Antik Yunanıstanda da İlahə Hera ilə Tanrı Zeusun müqəddəs evliliyi əsrlərdir qeyd olunur. Zeus bir gün şəkil dəyişdirərək Hera ilə birlikdə olur. Hera aldadıldığı və qüruru ilə oynanıldığı üçün Zeusu yalnız onunla evləndiyi təqdirdə bağışlayacağını deyir və müqəddəs izdivac baş verir. Antik Yunanıstanda Tanrıların Tanrısı olan Zeus evlənəndə İlahə Herada Tanrıların İlahəsi olur.
Qədim Yunanıstanda Hero Romada Juno adını alır. Romada qadınlıq və evlilik ilahəsi kimi tanınan Junoya duyulan hörmət səbəbilə 14 fevral tətil elan edilir və bu tarixdə müxtəlif rituallar həyata keçirilir. Beləliklə, 14 fevral, Antik Yunan ilahəsi Həeranın sevgililərə hədiyyəsi olur.
11. Baş örtüyü
 
Şumerdə, Babilistanda hər bir gənc qız evlənmədən əvvəl məbədə gedər və orada bir dəfə yad bir kişi ilə pul qarşılığında cinsi münasibətdə olardı. Bu pulu məbədə bağışladıqdan sonra məbəddən ayrıla və artıq evlənə bilərdi. Bu cür cinsi əlaqə son dərəcə müqəddəs sayılırdı. Bunu etmədən gənc qız ərə getməzdi. Zadəganlar da qızlarını öz əlləri ilə bu məbədlərə gətirirmişlər. Çirkin qızların isə pis taleyi vardı, bəzən onlarla bərabər olacaq bir kişi çıxmadığı üçün illərlə məbədlərdə gözləyirdilər. Bundan başqa, məbəddəki rahibələr bu müqəddəs fahişəliyi davamlı olaraq edirlər və məbədə gəlir gətirirdilər. Qeyd edək ki, bu, utanc verici bir iş deyildi, son dərəcə müqəddəs bir vəzifə idi və onlara küçə fahişəsi rəftarı edilmirdi.
Bu qadınların digər qadınlardan ayrılması üçün başlarının bir şalla örtmələri lazım idi. Bu örtük, artıq o qadının ailə quracağı anlamına gəlirdi. Bunların xaricində qızların, qul qadınların və fahişələrin başlarını örtməsi qadağan idi.
E.ə 1500-ci illərdə Asur kralı sadəcə evlənəcək qadınların deyil, evlənən və dul qalan qadınların da örtünməsini əmr etmişdi. Beləliklə, üç böyük müqəddəs kitabda da bəhs edilən baş örtüyünün mənbəyinin Şumer olduğu öyrənirik.
12. Qartal rəmzi
 
Şumer günəşinin ayrı-ayrı formaları – səhər, günorta, axşam günəşinin, yaz, yay, qış günəşinin fərqli-fərqli adları, simvolları və tanrıları vardı. Şumer səhər günəşinin də rəmzi qartaldı. Qartal eyni zamanda batmayan günəşin rəmzi idi. Şumerdən günümüzə qədər bir çox dövlətlər tərəfindən bu simvoldan istifadə edilib. Qartal bir çox dövlət üçün gücün simvolu hesab edilib. (Roma, Səlcuqlu, hazırda ABŞ və s).
13. Müqəddəs rəqəmlər 
 
Şumerlər göydəki 12 bürcü ilk dəfə kəşf ediblər. İsanın 12 apostolu bu bürcləri təmsil edir. Şumerlərdə bir gün 12 saatdan ibarət idi, amma 1 saatları bizim 2 saatımıza bərabər idi. Yəni gün bütövlükdə yenə 24 saatdı. Şumer inancına görə, bürclərdə bir tanrı oturardı və günəş tanrısı bu bürcləri ziyarət edərdi. Hər 2150 ildən bir günəş başqa bir bürcə uyğun gəlirdi və Şumerlər bunu hesablayıblar.
Bu gün Yəhudilikdə və Xristianlıqdakı 7 qollu şamdan Şumerin məşhur ağacını və yeddi səyyarəni təmsil edir. Tək allahlı dinlərdə cəhənnəmin 7 qapısı isə Şumerin yeraltı dünyasının 7 qapısı olmasından irəli gəlir.
Şumerlərdə say sistemi 10-luq deyil, 60- lıqdır. Ən böyük rəqəm 60, ən böyük tanrının rəqəmi da 60-dir. Ay tanrısının rəqəmi isə 30-dur. Ay Dünya ətrafındakı fırlanmasını təxminən 30 gündə tamamlayır.

Həmçinin oxuyun

METROPOLİTEN RƏSMİSİNİN DƏ PRAQADA BİZNESİ TAPILDI – Fotolar

“Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Mərdanov Arif Fərman oğlu Çexiyaya yolunu 2010-cu ildən salıb. 25 noyabr …

Bir cavab yazın