Ana səhifə / Araşdırma / “O səs Türkiyə” yarışmasının iştirakçıları Opera və Balet Teatrının direktorunu məhkəməyə verib

“O səs Türkiyə” yarışmasının iştirakçıları Opera və Balet Teatrının direktorunu məhkəməyə verib

Azərbaycanlı müğənni Gülşən İbadova və türkiyəli müğənni Akın Mahmud Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikovu, teatrın digər əməkdaşları – xalq artisti Samir Cəfərovu, əməkdar artist İlahə Əfəndiyevanı, Cahangir Qurbanovu, Afaq Abbasovanı, Tural Ağayevi, Nərminə Nağıyevanı, Asya İsmayılovanı və Ləmar Tağızadəni məhkəməyə verib.

“Report”un əldə etdiyi məlumata görə, G.İbadova və A.Mahmud iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Müraciətdə cavabdehlər tərəfindən yayılmış məlumatların həm saytlarda, həm də sosial şəbəkələrdə təkzib edilməsini, barələrində söylənilən təhqiredici ifadələrə görə ölkə ictimayyəti qarşısında üzr istəmələrini tələb edib. Həmçinin G.İbadova və A.Mahmud dəymiş zərərin əvəzi kimi həmin şəxslərin hər birindən 30 min manat məbləğində pul iddiası irəli sürüb (ümumilikdə 270 min manat).

G.İbadova iddia ərizəsində göstərib ki, bu il yanvar ayının 30-da KİV-də müsahibə verib. O, müsahibəsində hazırda heç bir yerdə işləmədiyini bildirib: “Təssüflər olsun ki, bəzi səbəblərdən ötən il Opera və Balet Teatrında da mənim üçün bəzi problemlər yaratdılar, ora məni yaxın buraxmadılar. Belə ki, mənə rol vermədilər. Bir neçə obrazı canlandıracaqdım, amma heç mənim də bilmədiyim səbəblərdən oradan uzaqlaşdırıldım. Sadəcə ora gələn gənclər uzaqlaşdırılırlar. Kobud şəkildə desək, monopoliyadır., eyni tərkib, eyni ifaçılar olmalıdır. Kənar kadrların ora daxil olması müşkül məsələdir”.

G.İbadova qeyd edib ki, onun həmin ifadələrindən sonra bu, cavabdehlər tərəfindən müsbət qarşılanmayıb: “Teatrın direktoru Akif Məlikov bu il fevral ayının 1-də KİV-də verdiyi müsahibəsində mənim barəmdə həqiqətə uyğun olmayan məlumatlar yayıb: “O, mətbuatda “Gülşən çox qalmaqallı xanımdır. “O səs Türkiyə”də iştirak edib, sonra onları məhkəməyə verib və s. Yəni adı qalmaqalla hallanır”. Mən sadəcə “Acunmedia”nın müsabiqə çərçivəsində buraxmış olduğu kobud pozuntuları insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa İnsan Hüquqları konvensiyasında təsbit edilənlər əsasında özümə aid hüquq pozuntu kimi qiymətləndirmişəm. Bu səbəbdən də Akif Məlikov tərəfindən əsassız olaraq, barəmdə bu cür məlumatların (ifadələrin) yayılması birbaşa ölkə ictimayyəti qarşısında mənimlə bağlı mənfi rəy yaratmağa yönəlmiş olub”.

Gənc müğənni iddisasında deyib ki, A.Məlikov tərəfindən barəsində yayılmış məlumatlar nəticəsində hazırda fəaliyyəti ilə əlaqədar olaraq, mühüm problemlərlə üzləşib.

G.İbadovanın iddiasına əsasən, o, KİV-ə verdiyi müsahibəsini sosial şəbəkədə paylaşıb: “Həmin paylaşımdan sonra İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Afaq Abbasova, Tural Ağayev, Nərminə Nağıyeva, Asya İsmayılova və Ləmar Tağızadən statusuma şərh yazıblar. Onlar mən və Akın Mahmud barəsində çirkin və təhqiredici ifadələrdən istifadə ediblər. Həmçinin həmin şəxslər barəmdə ölkə ictimayyəti arasında mənfi rəy yaratmağa çalışıblar”.

O, S.Cəfərovun isə KİV-də verdiyi müsahibəsində onun barəsində ölkə ictimayyəti arasında mənfi rəy yaratmağa çalışdığını qeyd edib.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş əməkdaşı olmuş G.İbadova “O səs Türkiyə” yarışmasının iştirakçısı olub. O, yarışmada Türkiyə vətəndaşı A.Mahmudla duet oxuyub. A.Mahmud isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsində təhsil alır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın