Şənbə , Avqust 24 2019
Ana səhifə / Gündəm / Məktəbli niyə özünü öldürdü? – “Bir neçə dəfə evdən qaçmışdı”

Məktəbli niyə özünü öldürdü? – “Bir neçə dəfə evdən qaçmışdı”

Xəbər verdiyimiz kimi, dünən Bərdədə 16 yaşlı məktəbli intihar edib.

Səbəb kimi isə onun psixi problemlərinin olması göstərilir. Hacallı kənd sakini 1999-cu il təvəllüdlü Aytac Zamin qızı Surxaylı uzun müddət idi ki, psixoloji problemlərdən əziyyət çəkirmiş.

“Aytac intihar etməmişdən əvvəl 1 həftə idi ki, dərsə gəlmirdi. Xəstəliyi ilə bağlı müalicə alırdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu musavat.com-a açıqlamasında E.Zeynalov adına 1 saylı Hacallı kənd tam orta məktəbin direktoru Səyyarə Zeynalova deyib.

Aytacın məktəbin tərbiyəli, savadlı şagirdlərindən olduğunu deyən S.Zeynalova bildirib ki, şagirdin məktəbdə heç bir problemi olmayıb:

“Ən yaxşı şagirdlərimizdən biri olub. Dərslərində də problemi olmayıb. Məktəbdə yoldaşları ilə də münasibətləri yaxşı olub. Müəllimələrinin də Aytacın dərslərinə hazırlığından şikayəti olmayıb. Psixi problemlərinin olduğunu bilirdik. Bir həftə idi ki, dərsə gəlmirdi. Xəstəliyi ilə bağlı müalicə alırdı. Bu barədə məlumatlı idik. Bu xəbər məni çox üzdü”.

Hacallı bələdiyyəsinin sədri Akif Əhmədov da açıqlamasında intiharın səbəbinin məktəblinin psixi problemi ilə bağlı olduğunu bildirib:

“Aytacın psixi problemi var idi. Onun atası və əmisi də ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi. Aytac ruhi əsəb dispanserində də qeydiyyatda idi. Həkim müalicə üçün evlərinə də gəlirdi”.

A.Əhmədovun sözlərinə görə, Surxaylı ailəsinin maddi vəziyyəti həddindən artıq çətindir:

“Ailənin vəziyyəti çox çətindir. Maddi sıxıntıları böyükdür. Atası da xəstədir. Ailədə Aytacdan başqa 2 uşaq da var. Aytac çox tərbiyyəli, sakit və savadlı qız idi. Təəssüflər olsun ki, bu cür xəstəlikdən əziyyət çəkirdi. Bir neçə dəfə evdən qaçmışdı”.

Qeyd edək ki, faktla bağlı Bərdə Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin oxuyun

“AZAL 208 milyon zərərlə işləyib, amma rəhbəri ən varlı adamdır”

“Rəsmi rəqəmlərə görə AZAL 2018-ci ili də zərərlə başa vurub. 2018-ci ilin yekunlarına görə, yerli …

Bir cavab yazın