Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Məşhur iş adamına məxsus oteldə işçilərin hüquqları pozulur –  ŞİKAYƏT VAR

Məşhur iş adamına məxsus oteldə işçilərin hüquqları pozulur –  ŞİKAYƏT VAR

Respublikda baş verən iqtisadi proseslər məşğulluq səviyyəsinə də mənfi təsir etməkdədir. Belə ki, bir çox müəssisələr işçiləri ixtisar etməklə vəziyyətdən çıxmağa çalışırlar. Bəzi hallarda sahibkarların buna məcbur olduğunu anlamaq mümkündür. Lakin bu proses isçilərin hüquqlarının pozulmaması şərtilə aparılmalıdır. Təəssüf ki, bu hər zaman belə olmur.

Redaksiyamıza müraciət edən bir neçə vətəndaş işlədikləri müəssisədən işdən çıxsalar da, işlədikləri müddətin əmək haqlarını ala bilmədiklərindən şikayətçidirlər.
Belə ki, Bakının Nərimanov rayonunda, Məmməd Araz küçəsində yerləşən “Ramada Hotel & Svits Baku” otelinin fitnes (idman) zalında məşqcis kimi işləmiş İbrahimov Abuzər, Hüseynov Seyran və Əliyev İlqar artıq iki aydır işdən çıxarılsalar da, əvvəlki aylardan otelin onlara olan əmək haqqı borcu ödənilmir.
Şikayətçilərin sözlərinə görə, may ayından noyabr ayının ortalarına qədər oteldə fitnes zalında 300 (üç yüz) manat əmək haqqı müqabilində məşqçi kimi işləyiblər.
İşə qəbul edilərkən onlarla heç bir müqavilənin bağlanmadığını, lakin işləmək və ailələri üçün pul qazanmaq xatirinə buna əhəmiyyət vermədiklərini deyən şikayətçilər əsas məsələnin haqq etdikləri əmək haqlarının ala bilmədikləri ilə bağlı olduğunu deyirlər: “İlk aylar əmək haqqımızda problem yox idi.
Əslində olmamalı idi, çünki bizim işlədiyimiz idman zalının gəliri əmək haqlarını və digər xərcləri ödəmək üçün artıqlamasl ilə kifayət edirdi. Üstəlik nəzərə alsaq ki, zala gələn müştərilərin böyük əksəriyyəti bizi tanıyan köhnə tanışlar idi, deməli öz maaşımızı özümüz çıxardırdıq və otelə əlavə gəlir qazandırırdıq.
Lakin müvəqqəti çətinlik bahənəsi ilə avqust ayının əmək haqqından 100 manat kəsildikdən və oktaybr ayının əmək haqqı bütünlüklə verilmədikdən sonra noyabr ayının ortalarına qədər işlədikdən sonra iş yerindən ayrılmağa məcbur olduq. İşdən ayrılarkən otel rəhbərliyindən hər birimizə olan 400-500 manat əmək haqqı borclarının ödənilməsini xahiş etdik. Bizə bildirildi ki, qısa müddətdə pulunuz ödəniləcək.
Lakin dəfələrlə müraciət etməyimizə baxmayaraq bu günə qədər bizə heç bir ödəniş edilməyib. Sonuncu müraciətimiz zamanı isə ümumiyyətlə bizə borcları olmadıqlarını bildirdilər.”
Şikayətçilərin sözlərinə görə, otel məşhur iş adamlarından birinə məxsus olduğu üçün (şikayətçilər həmin iş adamının adını da dedilər, lakin biz dəqiqləşdirmə aparmadan konkret ad çəkməyi məqbul saymadıq- red.) otel rəhbərliyi sahibinə arxayın olaraq onlara laqeyd yanaşır.
Şikayətçilərin otel rəhbərliyinin onlar üçün elə də böyük olmayan, amma adi işçinin ailəsinin ehtiyacları üçün kifayət qədər zəruri olan 400-500 manat pulun ödənilməməsində israr etdiklərinə görə sona qədər haqlarını tələb edəcəklərini bildirdilər.
İlk addım kimi mətbuat vasitəsilə otelin əsl sahibinə sözlərini çatdırmağa çalışdıqlarını deyən narazılar növbəti addım olaraq əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi kimi məsələlərdə işçilərin hüquqlarının qorunmasına cavabdeh olan Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edəcəklərini bildirdilər.
Biz də öz növbəmizdə şikayətçilərin otellə bağlı bizə bildirdikləri digər məlumatları dəqiqləşdirməyə və mövzunun sonunu izləməyə çalışaçağıq.(Modern.az)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın