Bazar , Noyabr 29 2020
Ana səhifə / Gündəm / Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu: “Cəbhədəki son hadisələrdən sonra ondan xəbər tuta bilməmişik”

Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu: “Cəbhədəki son hadisələrdən sonra ondan xəbər tuta bilməmişik”

“Atamdan sonuncu məktub martın 10-da gəlib. Cəbhədəki son hadisələrdən sonra ondan xəbər tuta bilməmişik”.

Bunu Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

K. Əsgərov bildirib ki, ailəsi atasının taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarından cavab gözləyir: “Atamın taleyindən narahatıq. İstəyərdim ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları yenidən atamın vəziyyəti ilə maraqlansınlar, bizə xəbər versinlər. Sonuncu məktubun gəlməsindən bir ay vaxt keçib. Yazmışdı ki, su var, çörək var. Elə fikirləşirəm ki, ona su və çörəkdən başqa heç nə vermirlər”(APA).

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan …

Bir cavab yazın