Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Gündəm / Dünyada buğda ucuzlaşır, Azərbaycanda isə yox – Ekspert səbəblərdən DANIŞIR

Dünyada buğda ucuzlaşır, Azərbaycanda isə yox – Ekspert səbəblərdən DANIŞIR

“Dünya bazarında ərzaq buğdasının qiymətində kəskin ucuzlaşma qeydə alınıb. On gün əvvəl tonu 220 dollara təklif olunan ərzaq buğdası indi 180 dollara təklif edilir”.

Bunu Modern.az saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

Ekspert bunun müqabilində Azərbaycanda 1 ton buğdanın qiymətinin 250 manatdan yüksək olaraq qaldığını açıqlayıb. Və səbəbini məhsulun az olması ilə izah edib:

“Gömrük Komitəsinin təqdim etdiyi statistikada bu ilin 6 ayı ərzində ölkəyə 187,5 milyon dollar dəyərində buğda idxal olunduğu və bu göstəricinin keçən ilin eyni dövrü ilə müqayisədə 34,38 faiz çox olduğu göstərilir. Keçən ilin birinci yarısında ölkəyə 156,3 milyon dollar dəyərində dənli bitkilər idxal olunduğu halda, 2015-ci ilin 6 ayı ərzində bu göstərici 60 milyon dollardan çox artaraq 216,6 milyon dollar təşkil edib.

Bu gün bazarda təklif az olduğu üçün qiymət də yüksək olaraq qalır. Rəqəmlərə inansaq, ötən ilin anoloji dövrü ilə müqayisədə yerli istehsal və ölkəyə idxal olunan buğdanın miqdarı iki dəfəyə qədər artıb. Mövsüm olduğunu əsas götürərək, deyə bilərik ki, buğdanın qiyməti aşağı olmalıdır. Hazırda dünya bazarında ərzaq buğdasının 1 kiloqramı 18 sentdirsə, Azərbaycanda 15-16 sent olmalıdır. Ölkədə buğdanın bir kiloqramının qiymətinin 25 sentdən yüksək olması buğdanın az istehsal olunmasına və tələbatı ödəyəcək qədər olmamasına dəlalət edir. Tələbat çox, təklif az olduğu üçün də qiymət yüksəkdir”.

Mütəxəssis digər səbəb kimi buğda idxalı ilə müəyyən qüvvələrin məşğul olduğunu vurğulayıb: “Onlar qiymətin yüksək olmasında da maraqlıdırlar”.

Həmçinin oxuyun

Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı restoran …

Bir cavab yazın