Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Gündəm / Ceceli Bakıda kimin toyuna gəlib? – Bəylə gəlini klipinə çəkəcək

Ceceli Bakıda kimin toyuna gəlib? – Bəylə gəlini klipinə çəkəcək

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli yenidən Bakıya gəlib. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu dəfəBakıda keçirilən nişan mərasimində iştirak edib.

Cecelinin nişandan çəkilən fotoları sosial şəbəkələrdə paylaşılıb.  Özəl gecədə Mustafa ilə yanaşı Miri Yusif, Murad Arif, Ayaz Qasımov və başqaları çıxış edib.

Əldə etdiyimiz məlumata görə, türkiyəli ulduzun iştirak etdiyi məclisin səbəbkarları Fərrux və Güləndam cütlüyüdür.

Bəy Fərhad adlı azərbaycanlı biznesmenin oğludur.  Bundan başqa, cütülüyün nişan və toydakı görüntüləri Cecelinin yeni klipində yer alacaq. Ailə bu layihəni həyata keçirmək üçün müğənniyə qonorar ödəyəcək. Mahnını isə azərbaycanlı bəstəkar Kəmalə Qasımova ərsəyə gətirəcək.

Qeyd edək ki, müğənni ötən ay da Azərbaycana gəlib. O, Şəmkirin Şiştəpə kəndində keçirilən dəbdəbəli toy mərasimində çıxış edib və bunun müqabilində 62 min manat qonorar alıb.


Həmçinin oxuyun

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi… – NARAZILIQ…

Dünən Suqovuşan su anbarından normadan artıq su buraxılması nəticəsində Bərdə rayonu ərazisində fəaliyyət göstərən regionun …

Bir cavab yazın