Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Mərdəkanda ağır qəza – 1 yaşlı körpə öldü, 10 yaralı var

Mərdəkanda ağır qəza – 1 yaşlı körpə öldü, 10 yaralı var

Bakının Xəzər rayonu ərazisində 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Azinforum.az – ın “Report”a istinadən xəbərinə görə,  qəza Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə qeudə alınıb.

“VAZ-2106” markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn “VAZ-2104” markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn və sağdan ötmə əməliyyatı etmək istəyən “Daewoo” da “VAZ-2106″ya çırpılıb. Nəticədə “VAZ- 2106″da olan bir yaşlı körpə ölüb. Qəza zaman, o cümlədən hər üç avtomobildə xəsarət alanlar olub. Belə ki, üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqların vəziyyətləri ağırdır.

Yaralıların siyahısı :

Behbudova Lalə Alı qızı – 28 yaş
Əliyev Rac Fikrət oğlu – 38 yaş
Abdullayeva Sevda Xudaverdi qızı – 58 yaş
Şövqətova Səriyyə Rəcəb qızı – 60 yaş
Şövqətov Əllədin Hüseynqulu oğlu – 65 yaş
Şövqətova Əminə Zöhrab qızı – 34 yaş
Şövqətova Zaur Əllədin oğlu – 35 yaş
Əliyeva Nəzrin Rac qızı – 11 yaş
Hacıyev Yusif Anar oğlu – 5 yaş
Hacıyev Adəm Bəhrəm oğlu – 3 yaş

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın